Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu son vaxtlar Azərbaycan və Şimali Koreya arasında aparılan analogiya, o cümlədən ölkədə həyata keçirilən son həbslərin səbəbinə aydınlıq gətirib:
“Azərbaycanla Şimali
Koreya arasında hansısa analogiya aparmaq düzgün deyil. Sadəcə olaraq, bu bir
dalğadır və müəyyən bir dövrü əhatə eir. Əslində qeyri-adi həbslər də yoxdur. Vaxtiylə
çox böyük siyasi həbslər həyata keçirilirdi. Elə vaxtlar olub ki, Azərbaycanda
minə qədər siyasi məhbus olub. Hesab edirəm ki, indiki məqamda həyata keçirilən
həbslər qarşıdan gələn Avropa Oyunlarına hesablanıb. Hakimiyyətdəkilər hesab
edirlər ki, vətəndaş cəmiyyətləri Avropa Oyunları ilə bağlı müəyyən problemlər
yarada bilərlər. Buna görə bu cür addımlarla onları neytrallaşdırmağa
çalışırlar. Zənnimcə, məsələnin mahiyyəti bundan ibarətdir. Buna görə də hesab
edirəm ki, bu gün Azərbaycanda baş verən proseslərdən qeyd etdiyiniz kimi
uzaqgedən nəticələr çıxartmaq olmaz. Azərbaycan əsla Şimali Koreya ola bilməz.
Çünki Azərbaycan Şimali Koreya ilə eyni siyasi coğrafiyada yerləşmir”.
Seymur Əliyev



































































































