Rusiyaya qarşı sanksiyalar:

Hazırda oxunan: Rusiyaya qarşı sanksiyalar:

52400

 

 

Rusiyaya qarşı iqtisadi sanksiyaların doğurduğu nəticələr istər-istəməz yeni bazarların tapılması məsələsini gündəmə gətirir. Bir sira qonşu dövlətlər bu nəhəng bazarın tələbatını ödəməklə ciddi qazanc əldə edəcəklərini düşünürlər. Azərbaycan da Rusiya bazarıyla sıx təmasları olan ölkədir və xeyli iş adamlarımız bu bazarı yaxından tanıyır və onun daxili qayda-qanununu bilir, ordan çörək qazanırlar. Xüsusilə Rusiyanın əks-reaksiya kimi Avropa dövlətlərindən aldığı kənd təsərrüfati və qida məhsullarından imtina etməsi iş adamlarımızı bu bazara daha da meyllənməyə təşviq edir. Bəs, görəsən,rəsmi Moskvanın bu addımı Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara adekvat cavab sayıla bilərmi? Ən əsası Rusiyanın qida bazarında yaranmış boşluğu doldurmaq bizim iqtisadiyyatımıza necə təsir göstərəcək? Moderator.az iqtisadçı ekspert Rəşad Həsənovun bu barədə düşüncələrini kiçik ixtisarla təqdim edir.

 


“Son günlərin ciddi müzakirə mövzularından biri birinci dünya ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar əvəzində Rusiyanın qaraguruhçü hökuməti tərəfindən bəhs etdiyimiz ölkələrdən idxala embarqo tətbiqi və yaranmış boşluğu ikinci və üçünçü dünya ölkələri hesabına kompensasiya etmək cəhdidir. 
İlk olaraq onu bildirim ki, sanksiyalara qoşulan ölkələrin sayı çoxdur və bu iqtisadi müharibədə Rusiya təklənib. Yəni, tək Rusiyanın itirəcəkləri qarşılığında əks tərəfdə itkilər paylanır və kontursanksiyaların əks tərəfə təsirləri az hiss ediləcək. Digər tərəfdən Rusiya Avropa, ABŞ və Yaponiyadan daha çox beyin məhsulları idxal edir ki, ikinci və üçüncü dünya ölkələrinin özünün “beyinə” ehtiyacı var və onu ixrac etmək imkanında deyillər.
Bu sanksiyaların yaratdığı şəraitin Azərbaycanı gözləyən təsirlərinə gəlincə, ilk baxışdan Rusiya bazarlarına çıxış imkanının artması cazibədar görünür-nəticədə ölkəmizdə kənd təsərrüfatı daha çox istehsal və daha baha satış imkanı qazanacaq. Lakin...

Rusiya bazarlarının iyini hiss edən anda bizdə də kənd təsərüfatı məhsulları bahalaşmağa başladı. Bu gözlənilən idi. Çünki, Azərbaycan cox kiçik istehsalçı və Rusiya bazarı isə çox böyükdür. Azərbaycan özü belə kənd təsərüfatı məhsullarının idxalçısıdır. Kənd təsrüfatı yarmarkalarında satılan məhsulların coxunun mənşəyi Azərbaycan deyil. Belə olduğu təqdirdə ixrac ölkəboyu bahalaşmaya səbəb olacaq və olmaqdadır.

Sual oluna bilər; yaranmış bu şəraitdən kəndli qazanacaqmı?-Xeyr. Kəndlinin qazançı qiymət bahalaşmasına adekvat olmayacaq. Çünki, bu məhsulların ixracı və ölkədə satışı ilə məşğul olan beş ”“on sektor inhisarçısı kəndlinin çox qazanmasına şərait yaratmaz. İnhisarçılarım özləri daha çox qazanmaq istəyəcəklər. 
Digər tərəfdən hazırki situasiyanın gözlənilən olmaması və geopolitik səbəblərdən qaynaqlanması ölkədə bu istiqamətdə illərboyu hazırlığın aparılmamasını və kənd təsərüfatının ixraca müvafiq inkişaf etməməsi kimi problem də var. Yəni biz situasiyanı avantaja çevirə bilməyəcəyik.

Bəs nə baş verəcək?-Çox sadə bir hadisə. Biznes həmişəki kimi açgözlüklə ölkənin azını-coxunu Rusiya bazarlarına daşıyacaq. Ölkədə təbii olaraq qıtlıq başlayacaq. Əvəzində k/t məhsulları yəni, vətəndaşın gündəlik istehlak səbətinin böyük hissəsini təşkil edən məhsullar bahalaşacaq. Əvəzində vətəndaş gəlirlərinin dəyərdən düşməsi və alıcılıq qabiliyyətinin zəifləməsi prosesi başlayacaq. Növbəti ildə hökumət istehlak səbətinin dəyərini artırsa belə bu bütünlükdə ölkə əhalisini əhatə edəcək təsirdə olmadığı üçün nəticə kəskin dəyişməyəcək. Bir sozlə indiki halda Rusiya bazarlarına axın nəticəsində qazananlara nisbətdə itirən bütün ölkə olacaq. 
Yaranmış yeni şəraitin perspektivi isə qeyri-müəyyəndir. Çünki, indiki proseslər təbii deyil və siyasətdən qayaqlanır. Sanksiyaların hansı müddətə davam edəcəyi və Rusiyanın nə zaman ağ bayraq qaldıracağını proqnozlaşdırmaq mümkün deyil.  Azərbaycandan tez xarab olan k/t məhsulları daşıyan konvoyların Rusiya sərhəddində günlərlə saxlanması, məhsulların batması azmı görünüb? 
Yeri gəlmişkən sanksiyalara məruz qalan Vneştorqdan sonra bu gün ölkənin ən böyük şirkəti olan “Rossneft” də hökumətdən 42 milyard dollarlıq yardım istədi. Yəni bu qədər həssas vəziyyətdə uzunmüddətli strategiyalar hazırlayıb həyata keçirmək və nəticədə vəziyyəti aqrar inkişafa yönəltmək də real görünmür.
İndiki halda hökumət məsələyə müdaxilə etməli, daxili tələbatı ödəməyən məhsulların ixracı məhdudlaşdırılmalı, süni qiymət artımına nəzarət gücləndirilməli və Rusiyanın ona edilən yaxşılığı bir anda unudacağı göz ardı edilməməlidir. (Rusiya heç vaxt yaxşı qonşu olmayıb, olmayacaq da. Buna inananlar yanılırlar)”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin