Rusiya baş nazirinin müavini Dimitri Roqozinin Azərbaycana səfərini vaxtı müəyyənləşib.
Diplomatik mənbələrdən Moderator.az-ın əldə etdiyi məlumata görə, səfər iyunun 23-də reallaşacaq. Mənbənin verdiyi məlumata görə, Roqozinin iyunun 23-24-də Azərbaycanın Qəbələ şəhərində keçiriləcək Azərbaycan-Rusiya biznes forumunda iştirakı nəzərdə tutulub. Roqozinin Azərbaycana səfəri zamanı Azərbaycan prezidenti, baş nazir və digər rəsmilərlə görüşü nəzərdə tutulub.
Roqozinin Azərbaycanda keçirəcəyi görüşlərdə iki ölkənin gələcək inkişaf perspktivi və digər ikitərəfli münasibətlərdən irəli gələn bir sıra məsələlər müzakirə olunacaq.


































































































