Erməni ailəsi Azərbaycandan sığınacaq istədi

Hazırda oxunan: Erməni ailəsi Azərbaycandan sığınacaq istədi

47747

Ermənistanın Tavuş vilayəti başçısının sabiq məsləhətçisi Lübix Çubuxçiyan Azərabycan prezidenti İlham Əliyevdən siyasi sığınacaq istəyib. 

Moderator.az xəbər verir ki, bu barədə erməni KİV-i xəbər yayıb.

“Bizə Tavuş vilayəti başçısının sabiq məsləhətçisi Lübix Çubuxçiyan zəng edərək bildirdi ki, bu gün o, BBC-nin Ermənistandakı müxbiri Aleksey Manvelyana zəng edib və deyib ki, ailəsi ilə birlikdə Azərbaycan prezidenti İlham Əliyevdən siyasi sığınacaq istəyir. Çubuxçiyan əlavə edib ki, onun bəyanatı artıq qeydə alınıb”, - deyə sayt xəbər verir. 
Bu ərəfədə keçmiş məmur Ermənistan hakimiyyətinin onunun taleyinə xroniki biganəliyi ilə bağlı açıqlama yaymış, mənzil və digər problemlərinin həll edilməyəcəyi təqdirdə Azərbaycandan siyasi sığıncaq istəyəcəyi barədə hakimiyyəti xəbərdar eləmişdi. Məsələ ilə əlaqədar sabiq məmur  prezident Serj Sərkisyana məktub da yazıb.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin