Ermənistanın baş naziri Nikol Paşinyan mayın 8-də, yəni Şuşanın işğalı günü özünün indiyədək ən uzun mətbuat konfransını keçirəcək.xa0xa0
Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, bu haqda Paşinyan özü social şəbəkədəki səhifəsində yazıb.xa0 xa0Yerli vaxtla saat 10:30-da başlayacaq mətbuat konfransının 6 saatadək sürəcəyi gözlənilir. Paşinyan “Yeni Ermənistan”(özünün hakimiyyətdə olduğu bir ili nəzərdə tutur-S.L.) barədə 100 fakt səsləndirəcəyni vəd edib.xa0 xa0xa0
Bu aradaxa0 işğalçı ölkə baş nazirinin mayın 9-da Şuşada terrorçu eks-prezident Serjik Sərksiyanla görüşəcəyi barədə də informasiyalar yayılıb. Ermənistanın sabiq iqtidar partiyası Respublikaçıların yaydığı məlumata görə, artıq Serjik Sərkisyan Qarabağa yollanıb. Onun bu gün “Daşnaksütyun” partiyasının təşkil etdiyi “Ermənistan-Artsax strateji alyansı” adlı foruma qatılacağı gözlənilir. Mayın 9-da isə hazırkı baş nazir və sabiq terrorçu prezident Şuşanın “azad edilməsi”nin 27-ci ildönümü iləxa0 bağlı bayram tədbirlərinə qatılacaq.
P.S. Biz bu suallara yox, “Biz Şuşada, Qarabağda nə vaxt bayram edəcəyik?” sualına cavab axtarmalıyıq…
Sultan Laçın
































































































