“20 Yanvar və Xocalı faciəsinin məsuliyyəti Rusiyanın üzərinə düşür”

Hazırda oxunan: “20 Yanvar və Xocalı faciəsinin məsuliyyəti Rusiyanın üzərinə düşür”

238007

Bir müddət bundan öncə Çexiya parlamenti 1968-ci müdaxiləsinə görə SSRİ-ni ittiham edib və onun varisi kimi Rusiyanı cavab verməyə səsləyib.

Azərbaycan da 20 Yanvar və Xocalı faciələrinə görə oxşar şəkildə Rusiyanı məsuliyyətə dəvət edə, Kremlin cəzalandırılmasına nail ola bilərmi? Bu istiqamətdə hansısa addımar atılmalıdırmı?

Moderator.az-a açıqlama verən BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimlixa0Azərbaycanın da Rusiya ilə münasibətdə oxşar addımlar atmasının zəruriliyini vurğulayıb:

“Çexiya Parlamentinin qəbul etdiyi “müdaxilə aktı” tarixi reallığı ortaya qoyur və göstərir ki, təcavüzkara mütləq qiymət vermək lazımdır. Rusiya özünü SSRİ-nin varisi hesab edir və bu gün də keçmiş SSRİ-nin bərpası kimi xəyallarla yaşayır. Bu mənada Çexiya Parlamentinin qəbul etdiyi bu qərara görə Rusiyanı ittiham etməsi tamamilə düzgündür. Estoniya və Latviya da eyni addımları atmışdılar. Bu mənada Azərbaycan da eyni addımları atmalıdır. Yəni, istər “20 Yanvar”, istərsə də “Xocalı” faciəsinin məsuliyyəti Rusiyanın üzərinə düşür. Bəllidir ki, “Xocalı” faciəsində Rusiya hərbiçilərinin iştirakına icazəni şəxsən Boris Yeltsin vermişdi. Bəli, biz bunun müqabilində Azərbaycana dəymiş zərərə görə Rusiyadan təzminat istəmə məsələsinə baxmalıyıq.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin