İranın Azərbaycandakı sabiq səfiri: “İki ölkə arasında əlaqələrin perspektivi parlaqdır”x9d

Hazırda oxunan: İranın Azərbaycandakı sabiq səfiri: “İki ölkə arasında əlaqələrin perspektivi parlaqdır”x9d

197714
“Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşündə müzakirə olunan əsas məsələlərdən biri Şimal-Cənub dəhlizi, İran dəmir yolunu Azərbaycan vasitəsilə Rusiyaya birləşdirmək məsələsi idi”x9d.
xa0
Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiri Möhsin Pakayin deyib.
xa0
M. Pakayin bu dəhlizin tamamlanması üçün önəmli qərarlar qəbul olunduğunu vurğulayıb və bildirib ki, hazırda dəhlizin bir hissəsində işlər yekunlaşıb: “İran Astarasında Azərbaycan, Rusiya və Gürcüstana yüklərin əlverişli vaxtda göndərilməsixa0 üçün terminal tikilməkdədir. Terminal elə hazırlanıb ki, qatar yük saxlanclarının yaxınlığına qədər gələ bilir”x9d.
xa0
Səfir qeyd edib ki, müzakirələrdə razılaşdırılan digər məsələ özəl sektorda fəaliyyət göstərən şirkətlər üçün güzəştlərin tətbiqidir: “Üç ölkənin özəl sektoru arasında ticarət dövriyyəsini artırmaq və ticarətin əsasən qeyri-neft sektorunu inkişaf etdirmək razılaşdırılan məsələlərdəndir”x9d.
xa0
M. Pakayinin sözlərinə görə, İranın elektrik enerjisini Azərbaycan və Rusiyaya, eləcə də Azərbaycan və Rusiyanın artıq qalan elektrik enerjisini İrana ötürmələri üçün işlər görülməkdədir və bu da 3 ölkə arasında əldə olunan razılıqlardandır: “Sevindirici haldır ki, Bakıda keçirilən ilk üçtərəfli görüşdə əldə olunan razılıqlar yerinə yetirilib. Bu, çox yaxşıdır və tərəflərin nə qədər ciddi olduğunun göstəricisidir. Mövcud şəraitdə Tehranda əldə olunan razılıqların da gələn il Moskvada keçiriləcək görüşədək icra olunacağını proqnozlaşdırmaq olar”x9d.xa0xa0
xa0
M. Pakayin Xəzər dənizinin hüquqi statusu və Konvensiya ilə bağlı 3 ölkə arasında danışıqların yaxşı səviyyədə aparıldığını vurğulayıb. O, Azərbaycan prezidenti İlham Əliyevin ali lider Ayətullah Xamenei ilə görüşünə toxunaraq bildirib ki, görüş səmimi atmosferdə keçib və faydalı müzakirələr aparılıb: “Düşünürəm ki, Azərbaycan və İran arasında əlaqələrin perspektivi parlaqdır. Hər iki ölkə arasında qarşılıqlı etimad var və iki ölkə iqtisadi sahə ilə yanaşı, informasiya mübadiləsi və təhlükəsizlik sahəsində də əməkdaşlıq edir”x9d.
xa0
Səfir İranın Qafqaz regionunda ən yaxşı münasibətləri məhz Azərbaycanla qurduğunu söyləyərək iki ölkə arasında əlaqələrin yaxşı səviyyədə davam etdirildiyini vurğulayıb.xa0
xa0
M. Pakayin APA xəbər agentliyinin Tehran ofisinin iki ölkənin əlaqələrinin inkişafındaxa0 göstərdiyi xidmətlərdən də danışaraq bəyan edib ki, “APA Holdinq”x9din rəhbəri Vüsalə Mahirqızının son Tehran səfəri sevindirici haldır: “APA müstəqil xəbər agentliyidir və iki ölkənin əlaqələrinin inkişafında həmişə müsbət rol oynayıb. Mən Azərbaycanda səfir olduğum müddətdə dəfələrlə xanım Vüsalə Mahirqızı ilə görüşüb, müzakirələr aparmışam. Ümid edirəm ki, APA-nın Tehran ofisi bundan sonra da aktiv fəaliyyət göstərəcək”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin