Əli Abbasovun kürəkəni rabitəçilərin üzünə durub...

Hazırda oxunan: Əli Abbasovun kürəkəni rabitəçilərin üzünə durub...

169683
MTN-nin dağılması nəticəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyində olan şəxslərin həbsi və məhkəmə prosesləri medianın diqqətindən düşmür. Nazirliyin rəhbərliyinə qarşı irəli sürülən xa0korrupsiya ittihamları xa0nazir Əli Abbasova qarşı çevrilsə də o həbs edilmədi.

Moderator.az xəbər verir ki, gununsesi.info sabiq rabitə və yüksək texnologilara naziri Əli Abbasovun bacısı Mikayılova Südabə Məmməd qızının kürəkəni Seymur Quluzadənin ifadəsini əldə edib.

“Kapital Bank”x9d ASC-nin Bayıl qəsəbəsində yerləşən 2 saylı şöbəsinin müdiri vəzifəsində işləyən Seymur Quluzadə istintaqa ifadəsində bildirib ki, xa0bununla yanaşı “Virqo”x9d MMC-nin təsisçisidir.
“Mən sabiq rabitə və yüksək texnologilara naziri Əli Abbasovun bacısı Mikayılova Südabə Məmməd qızının kürəkəniyəm”x9d. deyən Seymru Quluzadə əlavə edib ki, xa0“Virqo”x9d MMC-nin əsas fəaliyyəti “TPP”x9d markalı rabitə kabellərinin satışından xa0ibarətdir: ”x9d Əsasən, Belarusiya və Türkiyə Respublikasından kabel xa0gətirirəm. Mən yalnız xa0“Aztelekom”x9d MMC ilə işləmişəm. Digər müəssisələrlə işləməmişəm. Hazırda firma fəaliyyət göstərir. Sonuncu dəfə xa02014-cü ilin dekabr ayında kabel gətirmişəm. Kabelləri, əsasən, Belarusiyadan gətirirəm. Cəmi bir dəfə Türkiyə Respublikasından gətirmişəm. Belarusda zavodun adı “BelTeleKabel”x9d adlanır. Rabirə kabellərini həmin zavoddan alıram və Azərbaycana gətirirrəm. Türkiyə Respublikasından isə xa0“ETK Kablo”x9d zavodundan alırdım. Sonuncu dəfə 2014-cü ildən xa0kabel gətirdiyimdə hazırda kabellərin qiymətlərini xatırlamıram. İl ərzində mən 2-3 dəfə kabel idxal etmişəm. Həmin kabelləri də “Aztelekom”x9d MMC-yə vermişəm. xa0Məni bu işə cəlb edən xa0Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov özü olmuşdur. Vidadi Zeynalov mənə demişdi ki, mənim müəssisəmin hesabına köçürülən ƏDV-li pulu 35 faizi, ƏDV-siz məbləğin isə 40 faizi nəqd xa0qaydada ona təqdim olunmalidir. Eyni zamanda bildirmişdi ki, bura Rabitə Nazirliyində onun tərəfindən müəyyənləşdirilmiş ümumi qaydadır. Vəsaitin isə “Aztelekom”x9d MMC-nin hesabında keçiriləcəyini demişdi. Ona görə qeyd etdiyim kimi vəsaitlər “Aztelekom”x9d MMc-dən köçürülürdü. “Virqo”x9d MMC ilə “Aztelekom”x9d MMC-nin tabeliyində olan xa0Astara, Şəki, Tovuz, Şəmkir, Bərdə, Ağcabədi, Tərtər, Siyəzən, Lənkəran, Goranboy, Neftçala, Salyan, Qusar, Ağdam, Saatlı, Abşeron, Göyçay, Xaçmaz, Sabirabad, Ağstafa, xa0 Mingəçevir, Zaqatala TKQ ilə podrat müqavilələri bağlamışam. Həmin müqavilələr əsasında aldığım rabitə kabellərini isə “Aztelekom”x9d MMC-yə təqdim etmişəm. Bu işlərə görə mənə nəxsus xa0“Virqo”x9d MMC-nin hesabına təxminən 1600 000 xa0manatdan çox vəsait köçürülmüşdür. Köçürülmüş vəsaitin təxminən 760 000 xa0manatı nağdlaşdırımışdır. Köçürülmüş pulun 35 faizini, yəni 560 000 manatını nağdlaşdıraraq, birbaşa xa0və ya dolayı yolla Vidadi Zeynalovun özünə vermişəm. Qalan 200 000 manatının xa050 000 manatnı audit yoxlaması nəticəsində xa0müəyyən edilmiş cərimə məqsədiylə Vergilər Nazirliyinə və xa0digər gömrük rüsumlarının ödənilməsinə sərf etmişəm. Qalan 150 000 manat isə xa0müəssisənin mənfəti kimi mənə qalmışdır. xa0Vidadi Zeynalova verdiyim vəsaitdən dəqiq bilirəm ki, “Aztelekom”x9d MMC-yə vəsait qalmamışdır. Pulu verməkdə məqsədim xa0Rabitə Nazirlliyindən iş almaq olmuşdur. Çünki onların xa0dediyi qaydada pul verməsəm, mənə hər hansı iş vermirdilər. Ona görə də, köçürülmüş vəsaitin 35 faizni verməyə məcbur idim”x9d.

Nazirin qohumu həmçinin, istintaqa gömrükdən yayınması barədə də etiraflar edib.
“Rəhbərlik etdiyiniz xa0“Virqo”x9d MMC ilə Belarus dövlətinə məxsus “BelTelekabel”x9d və Türkiyə Respublikasına məxsus “ETK Kablo”x9d zavodlarından aldığın avadanlıqların xa0yük gömrük bəyannamələri xa0olub-olmaması haqqında nə deyə bilərsiniz?”x9d sualına Seymur Quluzadə belə cavab verib: “Bildirirəm ki, aldığım kabel yük gömrük bəyanamələri yoxdur. Bələ ki, gömrüyə məxsus olan hazırda adını unutduğum firmanın adına gəlirdi və mən gedib pulumu verib kabelimi alırdım. Sonra isə aparıb “Aztelekom”x9d MMC-yə təqdim edirdim.

O həmçinin, “Aztelekom”x9d MMC və struktur qurumlarının sorğuları əsasında təşkil edilmiş kotirovka və tender sorğularının açılması prosesindən də danışıb: “Mən “Aztelekom”x9d MMC və struktur qurumları əsasında təşkil edilmiş kotirovka və tender sorğuların açılmasında iştirak etmişəm. Sadəcə, təkliflərimi kotirovka sorğusu keçirən təşkilata göndərmişəm. Çünki kotirovkalar formal olaraq, təşkil olunurdi. “BelTelekabel”x9d və Türkiyə respublikasına məxsus “ETK Kablo”x9d zavodlarıidadi Zeynalovun tapşırığına görə, mən elan olunan kotirovkadan qalib çıxırdım. Sənədləri xa0“Aztelekoç”x9d MMC-nin təchizat şöbəsinin rəisi Yaqub müəllimə verirdim. O da kotirovka keçirilən rayona göndərirdi. Mən kotirovka keçirən heç bir telekommunikasiya qovşağında olmamışam”x9d.

“İfadənizdə göstərmisiniz ki, sonuncu dəfə 2014-cü ilin sonunda kabel gətirmisiniz. İş üzrə tərtib edilmiş hesabatlardan görünür ki, 2015-ci ildə xa0“Aztelekom”x9d MMC-dən Ağdam, Qusar, Lənkəran, Siyəzən, Xaçmaz və Şamaxı Telekomunikasiya Qovşaqlarından sizə ümumilikdə 281 min manat vəsait daxil olmuşdur. Bu barədə nə deyə bilərsiniz?”x9d sualna Seymur Quluzadə belə cavab verib: “Bildirirəm ki, 2015-ci ildə mən kabel avadanığı gətirməmişəm. 2015-ci ildə hesabıma köçürülən vəsait əvvəllər “Aztelekom”x9d MMC-yə verdiyim mal-materialların pulları olmuşdur. Əvvəllər vəsaiti tam ödəmədiyinə görə, 2015-ci ildə tam ödəmişlər”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin