“Ölkəmizdə demokratik cəmiyyət mütləq qurulacaq”x9d

Hazırda oxunan: “Ölkəmizdə demokratik cəmiyyət mütləq qurulacaq”x9d

138817

AXCP sədrinin müavini Gözəl Bayramlı Moderator.az-a açıqlamasında Azərbaycanda demokratiyanın yaxın gələcəkdəki vəziyyəti ilə bağlı maraqlı fikirlər səsləndirib. G.Bayramlının sözlərinə görə, demokratiya uğrunda mübarizənin kifayət qədər ağır şərtlər altında davam etməsinə baxmayaraq, gələcəklə bağlı bədbin olmağa əsas yoxdur:

“Azərbaycanda demokratik cəmiyyət mütləq qurulacaq. 20-ci əsrin əvvəllərindən başlayan demokratik ənənələrimiz, 20- ci əsrin sonlarında apardığımız demokratik mübarizənin nəticəsi olaraq "ilin xalqı" olmağımız və bu gün də demokratiya uğrunda mübarizənin davam etməsi bunu deməyə əsas verir. Baxmayaraq ki, bu mübarizə çətin şərtlər altında davam edir, xeyli sayda siyasi məhbuslarımız var. Hələ də insanlar ifadə azadlığına görə həbsə atılır, sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılır, seçki institutu demək olar ki, sıradan çıxarılıb, ancaq bütün bunlara rəğmən bu prosesin qarşısını almaq mümkün olmur və bundan sonra da mümkün olmayacaq.

Demokratik mübarizə qarşısıalınmaz bir prosesdir. Onu əngəlləmək, bir qədər gecikdirmək olar, ancaq günün birində Azərbaycan xalqı da dünya demokratiya ailəsinin üzvü olacaq. Mən buna əminən və o gün uzaqda deyil. Demokratiya onun önünə atılan bütün maneələri aşmağa qadirdir və demokratiyaya qovuşan bütün xalqlar bu çətin mərhələni keçiblər”x9d.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin