Azərbaycan sabah hücuma keçə bilər ”“ Erməni diplomat

Hazırda oxunan: Azərbaycan sabah hücuma keçə bilər ”“ Erməni diplomat

135626
Şuşanın işğal günündə Azərbaycan Ordusunun hücuma keçəcəyi barədə Ermənistanda olan mövcud panikaya erməni diplomat da qoşulub.
 
Moderator.az musavat.com-a istinadla xəbər verir ki, diplomat Armen Navasardyan Dağlıq Qarabağdakı qondarma rejimin tanınmasının birmənalı olmayan nəticələrini xatırladıb, bununla bərabər, əlavə edib ki, hərbi əməliyyatların bərpası mümkünlüyü tanınma ilə əlaqələli deyi:
 
“Beynəlxalq güclərin reaksiyasını nəzərə alsaq, bu qənaətə gəlmək olar ki, Moskva tanınma prosesinə dəstək vermir, ABŞ susur, Türkiyə isə məsafə saxlayır. Azərbaycan hərbi əməliyyatlara başlaya bilər ”“ o cümlədən də 8-9 mayda. Ancaq bu, Qarabağın tanınması ilə əlaqədar deyil”x9d ”“ erməni diplomat vurğulayıb.
 
Xatırladaq ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayondan erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə BMT-nin 4 qətnaməsi, o cümlədən AŞPA-nın işğalla bağlı mövqeyi var. Beynəlxalq qanunvericiliyə görə, Azərbaycanın işğal olunmuş ərazisindəki erməni ordusu qanunsuz silahlı birləşmələr sayılır və Azərbaycan bu qanunsuz silahlı birləşmələrə qarşı istənilən vaxt anti-terror əməliyyatı keçirmək hüququnu özündə saxlayır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin