Moderator.az xəbər verir ki ,Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook”x9d səhifəsində yüksək rəsmi şəxslərin, o cümlədən müxalifətin tanınmış simalarının övladlarının hərbi xidmətdən yayındırılmaları və ya comfort yerlərdə “xidmət keçmələri”x9dnə dair yazı yerləşdirib. Həmin yazını təqdim edirik:
“FB-da müxalifətçilərdən biri orduda xidmət
mövzusunda bir təşəbbüslə çıxış edib. Əvvəldən onu deyim ki, yaxşı təşəbbüsdür. Ordu
Dövlətin güvənc yeri, onurğa sütunudur. İnanıram ki, həmin şəxs də bu təşəbbüsü
xoş niyyətlə qaldırıb. Cəmiyyət xəbərdar olmalıdır ki, onu bu gün idarə edənlər
və ya sabah bu iddiada olmağı planlayanlar bu müqəddəs vəzifəyə necə baxırlar.
Normal dövlətlərdə mükəlləfiyyət olmasa belə,
cəmiyyətin elitası Dövlətə borcu qaytarmağın yolunu hərbi xidmətdə görür.
Məsələn, Böyük Britaniya krallığının şəhzadələri, kraliça 2-ci Elizavetanın nəvələri
Uilyam(William) və Henri(Henry) hər ikisi zabitdirlər. Onların hərbi titulları
formal xarakter daşımır. Şahzadə Uilyam pilotdur. Hərbi xilasedici helikopterdə
xidmət keçir. 2011-ci ildə qəzaya uğramış rus hərbi "Svonlend"
gəmisində xilasetmə əməliyyatlarında bilavasitə iştirak edib. Onun kiçik
qardaşı Henri isə İraqdakı hərbi əməliyyatlarda iştiraka hazırlaşsa da, daha
qaynar bölgə sayılan Əfqanıstanda, Taliban hərəkatının likvidsiyasında yaxından
iştirak edib. Hərəkatın liderlərindən biri Zabihulla Mücahid 2012-ci ildə “Röyter”x9d agentliyinə verdiyi müsahibədə
şəhzadənin öldürülməsi üçün əllərindən gəldiyini etdiklərini bidirmişdi.
Orduda xidmət məsələsi Dövlətə bağlılıq meyarıdır.
Ənənəsi olan dövlətlərdə belə təməl prinsiplərə xüsusi diqqət yetirilir.
Azərbaycanda da dövlətçilik vərdişlərinin yaranması zəruridir. Məsələni sosial
şəbəkələrdə qaldıran müxalifətçi dostumuz, problemi bir müstəvidə qaldırıb.
Mənə elə gəlir ki, məsələ pul deyil, siyasi status müstəvisində qoyulsa, daha
düz olar.
Ölkədə siyasi rəhbərlik və siyasi elita ordu
məsələsində də şəffaf olmalıdır. Söhbət təkcə iqtidar mənsublarından deyil, həm
də müxalifət liderlərindən getməlidir. Müşahidələrim deyir ki, bu hakimiyyəti
dəyişməyə iddialı olanların da əksəriyyəti iqtidardan, mənfi mənada, ciddi
fərqlnmirlər.
Hələlik ad
çəkmədən jurnalistləri, ictimai fəalları, bloggerləri son 20 ildə prezidentliyə
namizəd olmuş və ya seçkilərə fəal şəkildə qatılmış iddiaçıların övladlarının
ordu sıralarında xidmət edib-etməməsi və ya hansı yerlərdə xidməti barədə
araşdırma aparsınlar. Kimsə iqtidardan şəffaflıq tələb edirsə, bu halda biz
müxalifətçilər, özümüz də hesabatlılığa açıq olmalıyıq.
Diqqətlə
araşdırılsa, görüləcək ki, müxalifətin əsas səs-küylü liderləri ordu
məsələsində iqtidardakıların fırıldaqçılarından bir o qədər də fərqlənmir, yəni
dələduzluğun miqyası demək olar ki, bərabərdir.
Son hərbi
əməliyyatlar bir daha təsdiq etdi ki, Dövlətin qarantı Ordudur. Onun yüksək
ruhu cəmiyyətdəki Ədalət faktorundan çox asılıdır. Ona görə də ictimai fikir
ordu məsələsində əyri şəxsləri qınamalı, onların siyasi hakimiyyət iddialarını
darmadağın etməlidir. Fikrimcə, övladlarını əsgərlikdən "juliklik" və
parazitar yol ilə yayındıran şəxslərin yüksək siyasi ranq tutmasına
qanunvericiliklə qadağan qoyulmalıdır”x9d.



































































































