"Formula-1"lə bağlı mühüm dəyişikliklər

Hazırda oxunan: "Formula-1"lə bağlı mühüm dəyişikliklər

637965

Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1" reqlamentində 2027-ci il mövsümündən etibarən tətbiqi planlaşdırılan bir sıra dəyişiklikləri razılaşdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə FIA-nın rəsmi saytı məlumat yayıb.
 

Əsas yeniliklərdən biri yarışların standart məsafəsinin 305 kilometrdən 290 kilometrə endirilməsi olacaq. Trasdan asılı olaraq, Qran-pri yarışları təxminən iki-üç dövrə qısa keçiriləcək. Bu dəyişiklik mühərrik reqlamentindəki yeniliklərlə əlaqədardır.


Bununla yanaşı, komissiya yağış və ya digər gözlənilməz hallar zamanı tətbiq olunan qaydaların dəyişdirilməsini də razılaşdırıb.

Start anından Qran-prinin tam başa çatmasına qədər qüvvədə olan üç saatlıq vaxt məhdudiyyəti ləğv ediləcək. Bunun əvəzinə trasdakı bütün fəaliyyətlərin başa çatdırılması üçün müəyyən vaxt limiti tətbiq olunacaq. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin