Həsən Həsənov: “Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər”

Hazırda oxunan: Həsən Həsənov: “Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər”

637891

“Azərbaycan tarixi ilə bağlı irəli sürülən iddialardan biri də budur ki, müasir Azərbaycan dövləti guya qədim Azərbaycanla eyni ada malik deyil və Azərbaycan adı sonradan yaranıb”.

Bizim.Media xəbər verir ki, bunu tarix elmləri doktoru Həsən Həsənov Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminarda bildirib.

O qeyd edib ki, Azərbaycan tarixinin izahında ciddi səhvlər var.

Tarixçinin görə, Makedoniyalı İskəndərin imperiyası dağılanda müxtəlif dövlətlər bir-birindən asılı olmayaraq meydana çıxıblar. Lakin Azərbaycan dövlətçiliyinin tarixini yalnız İskəndərin imperiyasının dağılması ilə bağlamaq düzgün deyil.

Azərbaycanın adı Assuriya mənbələrində keçir
 

“Mənim araşdırmalarıma görə, burada daha qədim mənbələrə baxmaq lazımdır. Məsələn, Roma tarixçisi Ammianus Marcellinusun əsərlərində Assuriya imperiyasının dağılması ilə bağlı məlumatlara rast gəlirik. Həmin mənbələrdə Azərbaycan adına dair məlumatların olduğu bildirilir. Sonrakı dövrlərdə başqa müəlliflərin əsərlərində də buna bənzər məlumatların yer alması məsələnin ayrıca araşdırılmasını tələb edir.


Eramızın III əsrində yaşamış Roma tarixçisi Quintus Curtius Rufusun əsərlərində də İskəndərin yürüşləri zamanı həmin ərazidə artıq dövlətin mövcud olması ilə bağlı məlumatların olduğu göstərilir. Burada əsas məsələ mənbələrin bir-birini təsdiqləməsidir. Elmi araşdırmalarda buna verifikasiya deyilir. Yəni müxtəlif, bir-birindən asılı olmayan mənbələrdə eyni hadisə haqqında oxşar məlumatların olması həmin məsələnin araşdırılması üçün ciddi əsas yaradır”.

Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər

Tarixçi bildirdi ki, Azərbaycan tarixinə qarşı müxtəlif fikirlər irəli sürüləndə çoxlu sayda mənbələr göstərilir. Amma sonradan tədqiqatçılar həmin mənbələri müxtəlif cür şərh edirlər. Ona görə də təkcə “bu tədqiqatçı belə yazıb” demək kifayət deyil. Əsas sual budur: o tədqiqatçı öz fikrini hansı mənbəyə əsaslandırır?
 

“Yəni erməni, yaxud başqa bir tədqiqatçı müəyyən fikir deyə bilər. Amma həmin fikrin elmi dəyərini müəyyən edən onun kim tərəfindən deyilməsi yox, hansı mənbəyə əsaslanması və həmin mənbənin necə təhlil edilməsidir.


Azərbaycan tarixinin əsaslılığını təsdiq edən mənbələr mövcuddur və bu mənbələrin beynəlxalq səviyyədə tanıdılması istiqamətində iş aparılmalıdır. Bizdə olan mənbələr ermənilərdə yoxdur. Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər, özləri də buna inanırlar, sonradan dünyanı da inandırmağa çalışırlar. Bizdə tarix də var, mənbə də var, amma nə özümüzü inandıra bilmişik, nə də dünyanı”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin