Salyanda qəza: Ağır zərbə alan piyada yerindəcə keçindi - VİDEO

Hazırda oxunan: Salyanda qəza: Ağır zərbə alan piyada yerindəcə keçindi - VİDEO

637953

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza axşam saatlarında köhnə Ələt–Astara magistralının Alçalı kəndi ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, Alçalı kənd sakini Hüseynov Nəcəf Qılınc oğlu yolu keçərkən “Audi” markalı avtomobilin zərbəsinə tuş gəlib.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisənin başvermə səbəbləri araşdırılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin