Şimali Kiprdə gəmi qəzasında saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı

Hazırda oxunan: Şimali Kiprdə gəmi qəzasında saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı

637916

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfərin həbs müddəti daha 7 gün uzadılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Report.az"a saxlanılan Azərbaycan vətəndaşı Rəşad İbrahimovun bacısı Türkan Təhməzova bildirib.

Belə ki, gəminin batması nəticəsində Şimali Kiprdə aparılan istintaq çərçivəsində məhkəmə iclası keçirilib. Növbəti məhkəmə prosesi sentyabrın 25-də baş tutacaq.

Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb, 239 nəfər xilas olunub. Ölənlərin sayı 15-ə çatıb, itkin düşmüş 13 sərnişinin isə axtarışı davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin