Hava kəskin DƏYİŞİR – Leysan yağacaq, dolu düşəcək

Hazırda oxunan: Hava kəskin DƏYİŞİR – Leysan yağacaq, dolu düşəcək

637770

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumatda qeyd olunub.

Paytaxtda havanın temperaturu gecə 20-23, gündüz 26-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.

Bölgələrdə havanın temperaturu gecə 18-22, gündüz 29-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin