Üzərinə LED ekran aşan qadının son vəziyyəti məlum olub.
Bakıda keçirilən tədbir zamanı üzərinə iriölçülü LED ekran aşan qadının son vəziyyəti məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 20.09.2026-cı il tarixində saat 16:10 radələrində 1968-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
MÖVZU İLƏ BAĞLI:
Bakıda monitor qadının üstünə aşdı – VİDEO
Məlumata görə, bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Qeyd edilib ki, sözügedən şəxs ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında 20.09.2026-cı il tarixində saat 18:20 radələrində özəl tibb müəssisəsinə təxliyə olunub.
Xatırladaq ki, hadisənin Yasamal rayonu Məhəmməd Naxçıvani (6-cı Paralel) küçəsində AYNA-nın Mikromobillik həftəsi çərçivəsində təşkil etdiyi “Avtomobilsiz gün” tədbirində baş verdiyi bildirilir.
Xədicə Paşayeva, Bizim.Media


































































































