İran prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka planlaşdırılan səfəri öncəsi onun mətbuat heyətinə ABŞ vizalarının verilmədiyi bildirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.
Departamentinin rəhbəri bildirib ki, jurnalistlərin vizası olmasa da, Pezeşkianın ikitərəfli görüşləri və danışıqları barədə məlumatlar ictimaiyyətə çatdırılacaq.
Səfərin beş gün davam edəcəyi, bunun iki gününün yol üçün nəzərdə tutulduğu qeyd edilib. Pezeşkian səfər çərçivəsində bir sıra ölkələrin nümayəndələri ilə də görüşlər keçirəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:52 / 21.09.2026
Pezeşkianın mətbuat heyətinə ABŞ vizası verilmədi
Hazırda oxunan: Pezeşkianın mətbuat heyətinə ABŞ vizası verilmədi
Hazırda oxunan: Pezeşkianın mətbuat heyətinə ABŞ vizası verilmədi
637954
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































