Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

Hazırda oxunan: Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

637924

Səmərqənddə keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında VI turun oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi Argentina ilə qarşılaşıb. Komandamız rəqibini 2,5:1,5 hesabı ilə məğlub edib. Aydın Süleymanlı qələbə qazanıb, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Məhəmməd Muradlı isə heç-heçə ediblər.
 

Qadınlardan ibarət yığma isə Qazaxıstana 1,5:2,5 hesabı ilə uduzub. Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayeva heç-heçə edib, Günay Məmmədzadə məğlub olub.


Bundan əvvəl kişi millisi Mərakeş (4:0), Filippin (3:1) və İsveçrəni (3:1) üstələyib, Çexiya (2:2) və Rumıniya (2:2) ilə heç-heçə edib. Qadın komandası isə Qvatemala (4:0), Danimarka (4:0), İsveç (2,5:1,5), İngiltərə (2,5:1,5) və Serbiyaya (3:1) qalib gəlib.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq. Olimpiadada 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin