Həsən Həsənov: “Tanrıçılığa yaxın olduğu üçün albanların çoxu islamı qəbul etdi”

Hazırda oxunan: Həsən Həsənov: “Tanrıçılığa yaxın olduğu üçün albanların çoxu islamı qəbul etdi”

637871

İndiyədək tarixçilərin də tərəddüd etdiyi bir sual var: ermənilər bu ərazilərə gəldikləri dövrdə xristian idilər, gürcülərin öz dövlətləri və dini ənənələri vardı, albanlar da həmçinin xristianlığı qəbul etmişdilər. Bəs nə üçün onlarda dini kimlik qorundu, bizdə isə dəyişdi?

Bizim.Media xəbər verir ki, tarix elmləri doktoru Həsən Həsənov "Qafqaz Albaniyasının irsinə tarixi baxış" mövzusunda seminarda bu barədə danışıb.

Tarixçi vurğulayıb ki, bunun əsas səbəbi alban torpaqlarında tək xristianlıq deyil, müxtəlif dini icmaların mövcud olmasındadır:

“Xristianlıq, yəhudilik və tanrıçılıq inancları tarix boyu həmin ərazilərdə müxtəlif miqyaslarda olub. Tanrıçılıq islam dininə yaxın olduğu üçün çoxu islam dinini seçdi”.

Tarixçi həmçinin qeyd edib ki, Azərbaycan ərazisində İslamdan əvvəl zərdüştilik olmayıb:
 

"Zərdüştilik albanların içərisində müəyyən bir qrupun dini olub. Amma burada əsas məsələ odur ki, müxtəlif dini inanclar və adətlər sonradan milli kimlik məsələləri ilə qarışdırılıb. Novruz məsələsinə də bu baxımdan yanaşmaq lazımdır. Bəzən Novruz bayramının birbaşa zərdüşti bayramı olduğu deyilir. Halbuki bu əsl türk bayramıdır. Zərdüştlər odun üstündən tullanmırdılar. Çünki onların inancına görə, bu, odu təhqir etməkdir. Odu təhqir edən lənətlənərdi".


H.Həsənov əlavə edib ki, Novruzun yalnız bir dinə məxsus bayram kimi təqdim edilməsi ayrıca elmi araşdırma tələb edir.

Şəfiqə Şəfa, Bizim. Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin