“Hakimiyyətdəki riyakarlığın hüdudu yoxdur..."-Baş nazir dostunu Soçiyə niyə göndərir?..

Hazırda oxunan: “Hakimiyyətdəki riyakarlığın hüdudu yoxdur..."-Baş nazir dostunu Soçiyə niyə göndərir?..

618485

Ermənistan mediasında rəsmi İrəvanın Rusiyaya münasibətdə ikibaşlı mövqe tutması tənqid olunur.

“Hakimiyyətdəki siyasi riyakarlığın həddi-hüdudu yoxdur, bəziləri Rusiya prezidenti Vladimir Putini Ermənistanda "həbs etdirir" və bu barədə yüksək səslə danışmağa can atır, digərləri isə “Rusiya quberniyalarında Ermənistan günləri”  beynəlxalq layihəsinin tədbirlərində iştirak etmək üçün Rusiyaya tələsir".

Moderator.az xəbər verir ki, səhər saatlarında bunu “Hraparak” qəzeti yazıb.

"Məlum olduğu kimi, 2023-cü ilin fevralında sözügedən tədbirə Yaroslavl vilayətində start verilib, aprelin 1-4-də isə şəhər administrasiyasının rəsmi dəstəyi ilə kurort şəhəri Soçidə Ermənistan günləri keçiriləcək. Tədbirlərdə iştirak etmək üçün  hakim "Vətəndaş sazişi" partiyasının deputatları: Vahe Qalumyan, Nikol Paşinyanın dostu Matevos Asatryan və rus azlığının nümayəndəsi Aleksandr Sandikov Soçiyə göndəriləcək"- erməni qəzeti daha sonra belə yazır.

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin