"Bu gün orta məktəbi müəllimləri fürsət düşən kimi hörmətdən salınır və..."

Hazırda oxunan: "Bu gün orta məktəbi müəllimləri fürsət düşən kimi hörmətdən salınır və..."

614578
 Səməd Vurğunun narahatçılığı...
 
Bu yaxınlarda Dədə Şəmşirin doğum günü ilə bağlı təşkil olunmuş dəyərli bir məclisdə iştirak etdim. Burada saz və söz adamlarının yeni fikirləri və dəyərli söhbətlərinin şahidi oldum.
 
Folklorşunas alim İslam Sadığın bir söhbəti isə xüsusi marağa səbəb oldu. O bildirdi ki, Osman Sarıvəlli söhbətlərimizin birində dedi ki, S.Vurğun ömrünün son günlərini yaşayanda hər axşam onun yanında olurdum. Söhbətlərin birində dedi ki, Osman, məndən sonra Aşıq Şəmşiri incidəcəklər, onu qoru. Şairin narahatçılığının səbəbini Osman müəllimdən soruşanda "bilmirəm" dedi. Bü gün də mən S.Vurğunun bu vəsiyyətinin əsas səbəbini bilmirəm... 
 
Çox maraqlı və düşündürücüdür, elə deyilmi? 
 
Bu hadisəyə təhsil tərəfdən baxanda ip ucu görünür. Məlumdur ki, istənilən ölkənin iqtisadiyyatını zəiflətməyin ən asan konisproloji yolu təhsili keyfiyyətsiz hala salmaqdır. Buna nail olmaq üçün təhsilə iki yerdən zərbə vurmaq lazımdır: təhsilin məzmununu dəyərsizləşdirmək, və təhsil alanların yaddaşını zəiflətmək.   
Təhsilimizin inkişaf tendensiyasından hiss olunur ki, "5-ci kolon" hər iki faktordan istifadə edir. 
 
Keçmiş mədrəsə təhsilinin müasir təhsildən fərqi onun dəyərə əsaslanan təhsil olmasıdır. Bir var ki, Nizamini, Fizulini, Sədinin, Ə. Caminin, Quranın ayələrini, həzrəti Məhəmməd  kəlamlarını məktəbdə öyrənəsən, bir də var ki, son yüz ildə yazılmış, ancaq icərisində dəyər olmayan əsərləri zorən tədris edəsən. Fərq böyük, nəticə görünəndir. Belə ki, bu gün orta məktəbi müəllimləri fürsət düşən kimi hörmətdən salınır və orta məktəb məzunlarının ən yaxşsı belə, bir məclisdə 10-15 dəqiqə əzbərdən şer söyləyə bilmir. Çünki yaddaşları zəifdi və yaddaşda milli mənəvi dəyərlər yoxdur. Ancaq 30 il öncə orta məktəbi yaxşı qurtaran gənc bunu bacarırdı.
 
Ümumi halda mədəniyyətimizin, xüsusi halda milli-mənəvi xəzinəmizin yaranmasında şairlərin və aşıq sənətinin rolu danılmazdır. Milli dəyərləri yaradılmasında şairlərin, dəyərlərin ictimailəşməsində və qorunmasında aşıqların rol müstəsnadır. Bizim mənəvi dəyərlərimiz xeyli hissəsi saz və söz vasitəsi ilə zehinlərə yazılaraq nəsillərə ötürülür. Saz olmasaydı, indi Dərbənd çoxdan ruslaşmış, Təbriz çoxdan farslaşmışdı. Millətin əlindən sazı almaqla onu zəif yaddaşlı toplum halına salmaq mümkündür. 
 
Yaddaş selektivdir, lazım olanı və ürəyə yatanı yadda saxlayır. Yalanı, zir- zibili yadda saxlamır. Saz-söz məclislərində aşıqlar adətən qoşma oxuyurlar. Qoşma həm də zehni möhkəmləndirir. Güclü yaddaş, güclü millət deməkdir. Üstəlik, hər əzbərlənən şeir parçası milli dəyərin mənimsəməsidir. Qoşmanı gündəmdən çıxarmaq, millətin həm yaldaşını zəiflədər, həm də milli dəyərlərin inkişafını ləngidər. 
 
Ölkəmizin əhalisi ( xüsusi ilə də Qərb bölgəsinin) Dədə Ələsgərin, Dədə Şəmşirin, böyük S.Vurğunun və B.Vətənoğlu kimi onlarla dəyərli söz ustalarının qoşmalarını sazın sədaları altında əzbərləyərək böyüyüb və savadlanıblar. Qoşmaların əksəriyyəti ürəyə yatan dəyərlər toplumudur. Ürəyə yatdığına görə asanlıqla yaddaşa yazılır. Aşıq yaradıcılığında bir tərəfdən dəyərlər əzbərlənir və mənimsənilir, digər tərəfdən də yaddaşı böyüdür və möhkəmləndirir. Nəticədə millətin mədəni səviyyəsi yüksəlir. 
 
Hər bir millətin çəkisi həm də onun yaratdığı milli-mənəvi dəyərlər toplumu ilə ölçülür. Misal üçün: “qızılı udsa da qara torpaqlar, yenə qiymətini özündə saxlar” (S.Vurğun)”. Və ya: ”hər işin qeydinə qal vədəsində”(Dədə Şəmşir). Bu şeir parçaları milli -mənəvi dəyər xəzinəmizin yarpaqlarıdır.  Sazı və qoşmanı sıradan çıxarmaqla yaddaşı zəiflətmək mümkündür. Metropolun mədəniyyətimizlə (saz  və söz) bağlı niyyətini 70 il öncə Səməd Vurgun duymuş və buna görə də Aşıq Şəmşirin gələcəyindən narahat olumuşdu. 
 
Şükürlər olsun, indi Qarabağ Azərbaycandır! İnşAllah təhsilimiz də yad ideyalardan qurtular və dirçələr.
 
Dahi sənətkarlarımıza Allahdan rəhmət diləyirəm. Bizim borcumuz onların yaratdıqları dəyərləri qorumaq və gələcək nəsillərə ötürməkdir.                                                                                   
Prof. Ş.Q.Əsgərov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin