Ermənistan müdafiə naziri “Artsax respublikası” ifadəsinin işlənməsinixa0 qadağan etdi...

Hazırda oxunan: Ermənistan müdafiə naziri “Artsax respublikası” ifadəsinin işlənməsinixa0 qadağan etdi...

612257
Ermənistan müdafiə naziri Suren Papikyan dünən - martın 15-də Müdafiə Nazirliyi bölmələrinin komandanlığı tərəfindən “Artsax Respublikası” ifadəsinin işlədilməsini qadağan edib.
 
Moderator.az xəbər verir ki, bu haqda səhər saatlarında "Hraparak" nəşri məlumat yayıb.
 
Nazirin hərbi hissələrə göndərdiyi yazılı sərəncamda deyilir: 
 
“Leksikondan “Artsax Respublikası” ifadəsini çıxarmaq, yalnız “Dağlıq Qarabağ” birləşməsindən istifadə etmək lazımdır".
 
Xatırladaq ki, S.Papikyan Nikol Paşinyanın hakimiyyəti dövründə qısa müddə baş nazirin müavini vəzifəsini tutduqdan sonra 15 noyabr 2021-ci ildə Ermənistanın müdafiə naziri təyin edilib.
 
Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin