"Məgər insanı bir dəfə yaradan onu ikinci dəfə yarada bilməz? Bunu inkar edən, sözsüz ki, Allahı da inkar etmiş olur. Allahı isə yalnız cənayətkarlar və ağılsızlar inkar edirlər..."
"Uca Allah bütün məxluqların Hökmdarıdır, göylərdə və yerdə olan bütün varlıqlar Ona tabedirlər. O, kainatı Özünün dini qanunları və ədalətli cəza tədbirləri ilə idarə edir. O, Özünün ədalətli cəzasını tətbiq etmək üçün insanları mütləq dirildəcək..."
GƏLƏCƏK HƏYATIN MÖVCUDLUĞUNA DƏLİLLƏR...
(Əvvəli burada://moderator.az/az/ekskluziv/605763/gelecek-heyatin-mvcudluuna-deliller-onlari-ilk-defe-yoxdan-yaradan-dirildecekdir/ )
...Sonra Allah yenidən dirilmənin həqiqiliyinə üçüncü sübut gətirir və insanların yadına Özünün odu (alovu) necə yaratdığını salır. Quru alov budaqları nəmişliklə dolu yaşıl ağaclardan əmələ gəlir. Alovla yaşıl ağaclar arasında nə qədər fərq varsa, alovun yaranması ilə ölülərin dirildiləcəyi arasında da bir o qədər uyğunluq var!
Sonra Uca Allah Öz qullarına, yenidən diriləcəklərinin doğruluğuna dördüncü sübüt gətirərək deyir: «Məgər göyləri və yeri yaradan onlar kimisini yaratmağa qadir deyilmi?!». O, möhtəşəm göyləri və yeri yaratmış və O da, insanları yenidən yaradacaq. Bu Onun üçün çətin deyil çünki, Kainatı yaratmaq insanları yaratmaqdan qat-qat çətindir. Ona görə də Allahın gözəl adları arasında əl-Xaliq (Yaradan) və əl-Alim (hər şeyi Bilən) adları da var. Bu— artıq xüsusi bir sübutdur. Bütün insanlar kiçikdən tutmuş böyüyə qədər bu həyata Allahın ilahi gücü nəticəsində gəlirlər. Onun üçün mümkün olmayan heç bir şey yoxdur və Onun istədiyi hər bir şey mütləq baş verir.
«Bir şeyi istədiyi zaman buyurduğu ona ancaq: «Ol!» — deməkdir. O da dərhal olar». Allahın etmək istədiyinə heç nə mane ola bilməz və ölüləri dirildən vaxtda da məhz, belə də olacaq...
Nəhayət, Allah, yenidən dirilmənin həqiqiliyinə altıncı sübutu gətirərək deyir:
«Hər şeyin hökmü əlində olan (Allah) pak və müqəddəsdir. Siz də onun hüzuruna qaytarılacaqsınız!».
Uca Allah bütün məxluqların Hökmdarıdır, göylərdə və yerdə olan bütün varlıqlar Ona tabedirlər. O, kainatı Özünün dini qanunları və ədalətli cəza tədbirləri ilə idarə edir. O, Özünün ədalətli cəzasını tətbiq etmək üçün insanları mütləq dirildəcək. Bütün məxluqlar mütləq Allaha qaytarılacaqlar və buna heç bir şübhə yoxdur. Buna çoxlu inandırıcı dəlil və təkzibolunmaz subutlar var. Sözləri insanların gözlərini açıb, onlara düzgün yol göstərərək onlara şəfa verib, həyat yollarını işıqlandıran Allaha Həmd olsun!
Gələcək həyatın haqq olduğunu sübut edən bu məntiqi dəlillər üzərində bir fikirləşin. Məgər insanı bir dəfə yaradan onu ikinci dəfə yarada bilməz? Bunu inkar edən, sözsüz ki, Allahı da inkar etmiş olur. Allahı isə yalnız cənayətkarlar və ağılsızlar inkar edirlər və buna görə də Allah deyib:
«Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və ya düşməmiş bir parça ətdən yaratdıq…» (əl-Həcc, 5). Əgər sağlam düşüncəli bir insan bu həqiqətlər barəsində düşünsə, ona aydın olar ki, nəyi isə ikinci dəfə yaratmaq, onu birinci dəfə yaratmaqdan daha asandır. Uca Allah məhz bunu göstərmək istəyərək deyir:«Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (qiyamət günü) yenidən dirildəcək Odur. Bu Onun üçün çox asandır» (ər-Rum, 27).
Müqəddəs Quranın səhifələrində yenidən dirilmənin həqiqiliyinə daha bir subut da tapmaq olar. Uca Allah deyib:
«Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl bar gətirər. Bu ona görədir ki, Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir! Qiyamət günü mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir!» (əl-Həcc, 5-7).
Üzərində hər hansı bir həyatın kiçik bir izi belə olmayan quru torpağın yağışdan sonra necə canlandığı haqqında bir fikirləşin. Onun üzərində insanlar üçün qida, heyvanlar üçün yem olan çoxlu bitkilər, həmçinin ağaclar, rəngbərəng çiçəklər və otlar əmələ gəlir. Bütün bunları görən insanlar özlərinin yenidən diriləcəklərinə gərək şübhə etməsinlər və bu barədə Tanrı belə deyib:
«Onun qüdrət nişanələrindən bir də budur ki, sən yer üzünü qupquru görürsən. Biz ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar (cana gələr). Onu dirildən, şübhəsiz ki, ölüləri də dirildəcəkdir. Həqiqətən, O (Allah) hər şeyə qadirdir!» (Fussilət, 39).
(Davamı var)
Hazırladı:
Mahmud Qəhrəmanov
İslamevi.az





































































































