ATV-nin aparıcısı Yazıçılar Birliyinə üzv seçildi

Hazırda oxunan: ATV-nin aparıcısı Yazıçılar Birliyinə üzv seçildi

600574
“ATV səhər” verilişinin aparıcısı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Maya İmran Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib.
Aparıcı sevinc hisslərini Moderator.az ilə bölüşüb.
“Sizinlə gerçək olmuş arzularımdan birini paylaşıram: Azərbaycan Yazıçılar Birliyinin üzvü seçildim. Həqiqətən də çox sevinirəm. Çox gözlədim, arabir ümidimi üzdüm, amma zamanı varmış onun da. Yan-yana olsalar da, M.F.Axundov adına kitabxanadan Yazıçılar Birliyinə çatmaq üçün 7 il sərf etdim. Oxuyandan yazana çevrilmək pulla deyil. Bu ada layiq görən, dəstək göstərən, yazılarıma öncə oxucu, sonra tənqidçi olan, nəhayətində yer verən gözəl insanlara təşəkkür edirəm! Yazıçı adının məsuliyyətini dərk edirəm və bir gün adımın roman müəllifinə çevrilməsi üçün çalışıram” deyə o bildirib.
Qeyd edək ki, yazıçı “Dəli”, “Şəhid eşqi”, “Papaya məndən salam de” heyakəylərinin və bir çox məqalələrin müəllifidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin