“Ukraynada şəhid olmuş soydaşımızın cənazəsi sabah Varşavaya yola salınacaq...”

Hazırda oxunan: “Ukraynada şəhid olmuş soydaşımızın cənazəsi sabah Varşavaya yola salınacaq...”

593584
“Şəhidimizin cənazəsinin  Vətənə göndərilməsi xərclərini Ukrayna Mudafiə Nazirliyi üzərinə göturub...”
 
Xəbər verildiyi kimi, Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda daha bir soydaşımız - əslən Oğuz rayonundan, 1974-cu il təvəllüdlü Məmmədov Elçin Telman oğlu şəhid olub.  O, savaşa qədər Odessada yaşayıb. Döyüşlərə könüllü olaraq Xerson istiqamətində başlayan soydaşımız Baxmut uğrunda döyüşlərdə şəhid olub.
 
Ukraynanın İvano-Frankovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşad Ələsgərovun Moderator.az-a verdiyi məlumata görə, şəhidimizin cənazəsinin  Azərbaycana göndərilməsi xərclərini Ukrayna Mudafiə Nazirliyi üzərinə göturub. 
 
“Cənazə Dnepropetrovskdən Kiyevə gətirilib və bu gun Kiyevdən Lvova yola salınıb. Lvovdan isə Varşavaya yola salınacaq. Yəqin ki, inşallah, gələn həftənin əvvəlində şəhidimizin cənazəsi Bakıya çatar. Allah rəhmət eləsin!”- deyə diaspor rəhbəri bildirib. 
 
Sultan Laçın
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin