"Krım Ukraynadır!" -xa0Ağ ev Kiyevin Krımda hərbi əməliyyatlar keçirmək hüququnu tanıyır...

Hazırda oxunan: "Krım Ukraynadır!" -xa0Ağ ev Kiyevin Krımda hərbi əməliyyatlar keçirmək hüququnu tanıyır...

578290
"Ukraynalılar öz ölkələrinin hüdudlarında hərbi əməliyyatlar keçirməyə özləri qərar vermək hüququna malikdir..."
 
"Biz Kiyevə elə indicə böyük hücum olacağının hər hansı sübutlarını görmürük..."
 
ABŞ Ukraynanın Krımda hərbi əməliyyatlar planlaşdırmaq və keçirmək hüququnu tanıyır, çünki yarımadanı Ukrayna ərazisi hesab edir.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar koordinatoru Con Kirbi bəyan edib. Məlumatı "RİA Novosti" agentliyi yayıb.
 
"Krım Ukraynadır, - Kirbi jurnalistlərə deyib. - Ukraynalılar öz ölkələrinin hüdudlarında harada əməliyyat keçirməyə, necə keçirməyə, hansı templə, hansı miqyasda və hansı müddətdə keçirməyə özləri qərar vermək hüququna malikdir".
 
Bu zaman o, ABŞ administrasiyasının Ukrayna tərəfindən Krımın azad edilməsi üçün hərbi imkanlarının olduğunu gördüyünü, lakin belə cəhdlərin Kremlin nüvə cavabı cəhdləri ilə təhlükəli olduğunu hesab edən məlumatını şərh etməkdən imtina edib.
 
Bundan öncə məlumat verilib ki, bu yaxınlarda ABŞ Konqresi üzvləri üçün brifinqdə Bayden administrasiyası nümayəndəsi bəyan edib ki, Ukrayna hərbi yolla Rusiya tərəfindən ilhaq edilmiş yarımadanı geriyə qaytarmaq imkanına malikdir, hərçənd, bu, onun ən yaxın məqsədi deyil.
 
Con Kirbi həmçinin Rusiyanın Kiyevə yeni hücum hazırladığı barədə yayılan məlumatı da şərh edib.
 
Bu ərəfədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı Britaniyanın "Economist" jurnalına müsahibəsində deyib ki, Rusiya Kiyevə yeni hücum üçün təxminən 200 min yeni əsgər hazırlayır.
 
Onun sözlərinə görə, artıq yanvarda, amma böyük ehtimalla, yazda Rusiya böyük hücuma başlaya bilər.
 
Zalujnı xəbərdarlıq edib ki, qarşıda Ukraynanı bir neçə ağır aylar gözləyir.
 
"Mən kəşfiyyat məlumatlarının detallarına varmaq istəmirəm, amma biz elə indicə Kiyevə böyük hücum olacağının hər hansı sübutlarını görmürük", - ABŞ administrasiyasının nümayəndəsi dəqiqləşdirib.
 
O, vurğulayıb ki, Vaşinqton vəziyyəti "maksimal olaraq diqqətlə izləyəcək".
 
"Rusiya yenidən Ukrayna xalqını qorxuda saxlamağa və yaxınlaşan qışı onun üçün çox ağır etməyə cəhd edir", - bunu Kirbi Vaşinqtondakı brifinqdə deyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin