"Rusiya şirkətlərinə qiymət həddini qəbul edən ölkələrlə neft ticarətinə qadağa qoymaq nəzərdə tutulur..."
"Rusiya prezidenti Ukraynada müharibə törətməklə və sanksiyalara məruz qalmaqla neft üçün özünün ən vacib bazarını məhv edib..."
Rusiya 2022-ci ilin sonunadək elə bir mexanizm yaratmağı və işə salmağı planlaşdırır ki, Qərb ölkələrinin tətbiq etdiyi neft embarqosu və Rusiya neftinə qiymət həddi ucbatından iqtisadiyyatın itkilərini kompensasiya edə bilsin.
"Hazırda müzakirələr apararaq qərar üzərində işləyirik, şirkətlərlə müzakirə edirik", - bunu jurnalistlərə vitse-baş nazir Aleksandr Novak deyib.
Moderator.az xəbər verir ki, bu barədə SİTA agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Rusiya şirkətlərinə qiymət həddini qəbul edən ölkələrlə neft ticarətinə qadağa qoymaq nəzərdə tutulur.
"Bloomberg" nəşrinin məlumatına görə, Kreml neftin qiymətinin "aşağı həddi"ni müəyyən etməyin və bundan ucuz satmağı qadağan etməyin mümkünlüyünü nəzərdən keçirir.
2022-ci il mayın sonunda Avropa İttifaqı ölkələri liderləri Rusiya neftinin ixracına qadağa qoyulması barədə razılığa gəlib.
Qadağa dekabrın 5-də qüvvəyə minib. Fevralın 5-dən embarqo həm də neft emalı məhsullarına şamil ediləcək.
Bundan başqa, bir barreli 60 dollara müəyyən edilən limitdən baha satılan Rusiya nefti tanker daşınmalarının sığortası üzrə xidmətlərdən məhrumdur.
"Bloomberg"in məlumatına görə, Rusiya neftinin Avropaya dəniz ixracı dekabrın 2-də başa çatan həftə ətzində sutkada 310 min barrel aşağı düşüb.
Ötən həftə ilə müqayisədə tədarük üçdə bir dəfə, noyabrın əvvəlinə nisbətən 60 faiz, müharibədən əvvəlki dövrə nidbətən 5 dəfədən çox aşağı düşüb.
Polşa, Almaniya, İsveç, Böyük Britaniya, Fransa, Finlandiya, Rumıniya və Litva Rusiya neftinin dəniz tədarükündən tamamilə imtina edib. İtaliya alışı üç dəfə azaldıb.
"Es-end-Pi-Qlobal" mediaholdinqin vitse-prezidenti Daniyel Yerginin fikrinə görə, Ukrayna ilə müharibə törədən və sanksiylar qazanan Rusiya prezidenti Vladimir Putin "neft üçün özünün ən vacib bazarını məhv edib".
































































































