Qaladərəsi yaxınlığındakı filiz şaxtasının konkret kimlər tərəfindən qazıldığı da üzə çıxdı...

Hazırda oxunan: Qaladərəsi yaxınlığındakı filiz şaxtasının konkret kimlər tərəfindən qazıldığı da üzə çıxdı...

575036
1978-1979-cu ildə qazılmış həmin tunelin uzunluğu 2 kilometrə yaxın olub...
 
Hələ sovet dövründə hazırkı alternativ Xankəndi-Şuşa-Laçın-Gorus yolu üzərində yerləşən Şuşa rayonunun hayklar yaşayan Kiçik Qaladərəsi kəndi yaxınlığında bir faydalı qazıntı tuneli qazılması haqda yazmışdıq. Araşdırmamızla bağlı həmin şaxtada fəhlə kimi çalışmış şəxslərdən biri -Səməd Məhərrəmovla əlaqə yarada bildik. Onun söhbətindən və bizə təqdim etdiyi əmək kitabçasından 1978-1979-cu illərdə uzunluğu təxminən 2 km-ə yaxın olan həmin tuneldə qazıntı işlərinin konkret olaraq hansı geololoji müəssisə tərəfindən aparıldığını öyrəndik. Eyni zamanda S.Məhərrəmov bizə həmin şaxtadan çıxarılmış filiz parçalarının zahiri xüsusiyyətlərindən və s. də danışdı...
 
Bu haqda yaxın müddətdə təqdim edəcəyimiz materialda məlumat verəcəyik.
 
Moderator.az-ı izləyin!
 
Sultan Laçın
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin