Qırğızıstanın paytaxtı Bişkekdə tanınmış tədqiqatçı-alim, AMEA Folklor İnstitutunun elmi işçisi Bəxtiyar Tuncayın “Qafqaz albanlarının yazılı irsi”x9d adlı kitabının I cildi (426 s.) rus dilində işıq üzü görüb. Türk Dövlətlərinin Siyasətinə Dəstək Fondunun dəstəyi ilə 500 nüsxə tirajla nəşr edilən kitabda azərbaycanlıların, qumuqların, qaraçay və balkarların, eləcə də qırğız və qazaxların etnogenezində yaxından iştirak etmiş alban türklərinin ana dilində yaratmış olduqları zəngin ədəbiyyatdan söhbət açılır, Mxitar Qoş, Kirakos Gəncəli, Albaniya katalikosu Nerses və digər tanınmış alban mütəfəkkirlərinin əsərlərindən parçalar təqdim edilir. Kitaba ön sözü filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlu (Cəlilov) yazıb.
Məlum olduğu kimi tarixi Azərbaycan ərazisində, daha dəqiq desək, müasir Azərbaycan Respublikası, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş Qafqaz Albaniyası eramızdan əvvəl təqribən IV-III əsrlərdə formalaşmış, paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur.
Strabonun məlumatına görə Albaniya əhalisi 26 ləhcədə danışan tayfalardan ibarət idi. Qaynaqlarda Albaniyada yaşayan xalq və tayfalar sırasında albanlar, qarqarlar eftalitlər, masagetlər və s. xalqların adları çəkilir. Bu tayfaların ən qədimləri türk və qismən də Qafqaz dillərində danışan avtoxton etnoslar olmuşlar. Eramızın ilk əsrlərindən başlayaraq Sasani şahlarının göstərişi ilə Albaniyaya bir sıra irandilli tayfalar da köçürülmüşdü.
IV əsrdə xristianlığın dövlət dini elan edilməsinin, şübhəzsiz ki, vahid alban xalqının formalaşmasında müstəsna xidməti olmuşdur. V əsrdə yeni alban əlifbasının yaradılması, alban dilində çox sayda əsərlərin yazılması konsolidasiya prosesini daha da gücləndirmişdir.“Kitabi-Dədə Qorqud”x9dda albanlardan türk xalqlarından biri kimi söhbət açılır və əsərin baş qəhrəmanlarından Qazan xan alpanların, yəni albanların başçısı kimi yad edilir. Şərqşünas alim Süleyman Əliyarov bu barədə yazır:““Dədəm Qorqud”x9d kitabının araşdırılması Azərbaycanda uzun sürən etno-tarixi inkişafın yeni, “gözlənilməz”x9d bir axarını üzə çıxarmışdır. Drezden nüsxəsində 4-cü boyda Qazan xan ovda olarkən cəsur söz taqavoruna belə bir xəbər gətirir: “Hey, nə oturursan? İtini ulatmayan, çətügini mövlatmayan alpanlar başı Qazan oğlancuğu ilə sərxoş olub yaturlar.”x9d “Alpanlar”x9d etnik adının başqa bir yerdə də işlənməsi bu anlayışa diqqətlə yanaşmağı tələb edir. 7-ci boyda oxuyuruq: “Ağ-boz atlar çapdırur alpanlar gördüm, ağ işıqlı alpları yanıma saldum.”x9d”x9d
Kitabda “alpanlar”x9d etnoniminə rast gəlinməsi onun Azərbaycanda baş verən hadisələrlə bağlı olduğunu və Azərbaycanda ərsəyəgəldiyini sübut edən dəlildir. Bu xalq ən azı eradan əvvəl IV əsrdən etibarən XIX yüzilliyə qədər, yəni təqribən 2500 illik bir vaxt ərzində Azərbaycanda yaşamışdır.
Alban-türk xalqının qazax türklərinin etnogenezində yaxından iştirak etdiyini sübut edən məlumatları görkəmli qazax maarifçisi Çokan Vəlixanovun “Seçilmiş əsərləri”x9dnin 4-cü cildinin 326-cı səhifəsində, qırğızların etnogenezində oynadıqları rol barədə məlumatları isə Abromzonun “Qırğızıstan arxeoloji və etnoqrafik ekspedisiyası”x9d məcmuəsinin 1960-cı il, 4-cü buraxılışında dərc edilmiş “Qırğızların etnik tərkibi”¦”x9d adlı məqaləsində tapmaq olar. Karmışevanın “Tacikistanın özbək-lokay xalqı”x9d kitabının 16-cı səhifəsindəki 2-ci cədvəlində isə albanların özbək türklərinin etnogenezindəoynadığı rol barədə mütəxəssisləri maraqlandıra biləcək məlumat bulunmaqdadır. Jdanko özünün qaraqalpaqların tarixi etnoqrafiyasına həsr etdiyi kitabının 41-ci səhifəsində albanların qaraqalpaq türklərinin də etnogenezində iştirak etdiyini bildirir.
Qiyasəddin Qeybullayevin tədqiqatları nəticəsində məlum olmuşdur ki, alban tayfalarından qarqarlar da türk idilər və onların dili qıpçaq türkcəsi olub. Görünür, qədim Azərbaycanda oğuz türkcəsi ilə yanaşı qıpçaq türkcəsi də yayğın olmuşdur. Hər halda, “Kitabi-Dədə Qorqud”x9dda oğuzlarla yanaşı qıpçaqlardan da gen ”“ bol danışıldığı, bu iki türk xalqı arasında güclü rəqabət hissi olduğu danılmaz faktdır. O da faktdır ki, alban əlifbası məhz qıpçaq - qarqar dili əsasında yaradılmışdı və bu dil Albaniyanın ədəbiyyat və dövlət dili funksiyasını ifa etmişdir. Doğrudur, əski rus-sovet elmindən gələn ənənəyə əsaslanaraq, bir çoxları qarqarları qafqazdilli xalq hesab etməkdə davam edirlər. Lakin cənab fakt tamam başqa şeyi diktə edir.
Fakt budur ki, məşhur qırğız-türk dastanı “Manas”x9dda əsərin qəhrəmanı Manasın atasının adı Qarqardır. Manasın mənsub olduğu xalq isə dastanda gah qarqar, gah da qıpçaq adlanır. Bu fakt akademuk Bartoldun əsərlərinin toplandığı 4 cildliyin 2-ci cildinin 1-ci hissəsinin 541-ci səhifəsində, 55-ci qeyddə təsbit edilmişdir. Abramzonun “Qırğızlar və onların etnoqrafik və tarixi-mədəni əlaqələri”x9d adlı kitabının 46-cı səhifəsində isə XVI əsrdə Qaraqışlaqda baş verən hadisələrlə əlaqədar qıpçaq-qarqar xalqının adı çəkilir.
Çox təəssüflər olsun ki, Musa Kağankatlının “Alban tarixi”x9d vəMxitar Qoşun “Alban salnaməsi”x9d adlı kitabları dövrümüzədək orijinalda yox, erməni, rus və ingilis dilinə tərcümələrdə gəlib çıxmışdır. Bu kitablar haqqında bizdə olan təsəvvür Azərbaycan türkcəsinəZiya Bünyadovun etdiyi tərcümələrə əsaslanır. Tanınmış dilçi alim Firidun Ağasıoğlunun yazdğına görə, ermənilər “Alban tarixi”x9d kitabını rus dilinə çevirərkən bilərəkdən bir necə ciddi təhrifə yol vermişlər. Onlardan 2-si üzərində xüsusi durmağımıza ehtiyac var: 1. Mesrop Maştots ermənilərə əlifba düzəltdikdən sonra Albanyada qarqarların dilinin bəzi səsləri üçün xüsusi işarələr (nşanqirs) yaradır. Tərcümədə isə qarqar dili əsasında ayrıca bir əlifba yaradıldığı bildirilir; 2. Qarqarların dili ağ xəzərlərin dili (akxazur) ilə eyniləşdirilir. Tərcümədə “akxazur”x9d etnonimi əvəzinə “son dərəcə uyumsuz bir dil”x9d ifadəsi işlədilmişdir.
Deməli, Musa Kağankatlının sözündən belə çıxır ki, Maştots artıq ermənilər üçün yaratmış olduğu əlifbanı bir qıpçaq xalqı olan qarqarların (ağ xəzərlərin) dilinə uyğunlaşdırır. Bunun üçünsəerməni dilində olmayan bəzi qıpçaq səsləri üçün ayrıca işarələr yaradır. Daha doğrusu eyni işarələr bəzi hallarda alban əlifbasında bir, erməni əlifbasında isə digər bir səsi ifadə etmişdir. Bu isə o deməkdir ki, “Alban yazılı ədəbiyyatı”x9d adlandıra biləcəyimiz şey qıpçaq dilində və erməni əlifbasından sadəcə səslənişi baxımından bir neçə işarə ilə fərqlənən əlifba ilə yazılmış mətnlər olmalıdır. Xoşbəxtlikdən bu mətnlər günümüzədək qorunub saxlanmışdır. Fəqət bu yazılı mətnlərin Alban ədəbiyyatının nümunələri olduğu heç kəsin ağlına gəlməmiş, onlar elmi ədəbiyyata, yanlış olaraq, “erməni qıpçaqcası”x9d adı altında daxil edilmişdir.
Bu məsələyə ilk dəfə diqqət yetirən Bəxtiyar Tuncayın tədqiqatları nəticəsində məlum olmuşdur ki, Avropanın bir çox kitabxana və əlyazmalar fondunda albanlara məxsus yüzlərlə əlyazma nüsxəsi qorunmaqda və onların içərisində Mxitar Qoş, onun şagirdi Vardapet Vanağan, Vanağanın şagirdi, tanınmış tarixçi Kirakos Gəncəli, Albaniya katalikosu Nerses və s. bu kimi digər məşhur alban müdriklərin ana dilində, yəni alban türkcəsində qələmə aldıqları qiymətsiz əsərlər də bukunmaqdadır.
Azərbaycan tarixşünaslığına, dilçiliyinə və ədəbiyyatşünaslığına, ən əsası isə türkologiya və albanşünaslığa böyük bir töhfə olacaq bu fundamental əsərdə, müəllifin özünün qeyd etdiyi kimi, hələlik söylənilməsi mümkün olanların çox kiçik bir hissəsi söylənmişdir.
Oxucuların müzakirəsinə verilən əsərlərin müəlliflərinin böyük əksəriyyəti barədə ən dolğun məlumatı Kirakos Gəncəlinin “Tarix”x9d kitabındanalmaq olar. Sevindirici haldır ki, əldə olan materiallar içərisindəKirakosun özünün də əsərlərinə rast gəlinib. Bunlardan biri dini məzmunlu “Tövbə duası”x9d əsəri, digəri isə “Tarix”x9d kitabının II fəslinin böyük bir parçasıdır. Bunlardan ikincisi daha böyük əhəmiyyətəmalikdir. Çünki əldə olan fraqment sözügedən əsərin alban dilindəqələmə alındığını və sonradan erməni dilinə tərcümə edildiyini sübut edir. Eyni sözləri Mxitar Qoşun “Törə bitiki”x9d kitabı barədə də söyləmək olar. Məlumat üçün bildirək ki, ermənilər həm Mxitar Qoşu, həm Kirakos Gəncəlini, həm də bu kitabda haqlarında söz açılan, əsərləri təqdim edilən digər alban mütəfəkkirlərini bütün dünyaya erməni ədibləri kimi təqdim edirlər. Əminik ki, bu kitab onların onillərdən bəri apardıqları təbliğatı yerlə bir etmək istiqamətində böyük bir addım olacaq.
Qeyd edək ki, kitab pulsuz yayılacaqdır.

































































































