Bəzi tələbələrin ödədiyi təhsilhaqqı geri QAYTARILACAQ – RƏSMİ

Hazırda oxunan: Bəzi tələbələrin ödədiyi təhsilhaqqı geri QAYTARILACAQ – RƏSMİ

640828

Xəbər verdiyimiz kimi bu il bakalavriat səviyyəsində 1870, magistratura səviyyəsində isə 195 nəfər olmaqla, ümumilikdə 2065 tələbə ödənişli təhsildən dövlət sifarişi əsasında təhsilə keçmək imkanı qazanıb.

Artıq tədris ilinin başladığını və ödənişli təhsil alan tələbələrin təhsilhaqqlarını ödədiklərini nəzərə alsaq, belə bir sual yaranır: bu tələbələrin ödədikləri təhsilhaqqı geri qaytarılacaq?

Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu, hər il baş verən bir prosesdir. 

"Ali təhsil müəssisələri bu tələbələrin ödənişlərini özlərinə geri qaytaracaq", - məlumatda qeyd olunub. 

Xatırladaq ki, ötən il əlavə müsabiqənin nəticələrinə əsasən bakalavriat səviyyəsi üzrə 584 tələbə boş qalan dövlət sifarişli yerlərə seçilərək ödənişsiz təhsil almaq hüququ əldə etmişdi.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin