Azərbaycanda repetitorluq edən qadın müəllim həbs olundu

Hazırda oxunan: Azərbaycanda repetitorluq edən qadın müəllim həbs olundu

640834

Mingəçevirdə repetitorluqla məşğul olan qadın müəllim dələduzluğa görə həbs edilib.

Bizim.Media xəbər verir ki, Mingəçevir şəhərində fizika müəllimi işləyən Sevinc Məmmədova (soyad şərtidir - red.) şagirdi Raul Ələkbərlini fizika fənnindən universitetə hazırlaşdırıb.

O, Raulun anası Kəmalə Ələkbərovanın imkanlı biri olduğunu bilib və onun pullarını ələ keçirmək qərarı verib. Qadın müəllim bu məqsədlə Kəmalə Ələkbərli ilə danışaraq, guya qardaşının qızıl alverinə şərik axtarmasını deyib.
 

O bildirib ki, qardaşı Azərlə qızıl alveri edərsə, yaxşı pul qazanacaq. O, bu məqsədlə Kəmalədən 20 min və 45 min manat olmaqla ümumilikdə 65 min manat alıb. Hadisədən xeyli vaxt keçsə də, Sevinc nə pulu qaytarıb, nə də Kəmaləni qızıl alverinə cəlb edib.


Zərərçəkmiş məsələ ilə bağlı polisə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qadın müəllim saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Sevinc Məmmədova 5 il azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin