Burda bir hikmət var, sirri bilən yox...

Hazırda oxunan: Burda bir hikmət var, sirri bilən yox...

133011
Sabah görkəmli alim Rafiq Əliyevin ömür-gün yoldaşı Aidə xanımın bu dünyadan köçdüyü gündür.xa0

Tanınmış publisist-şair Əhməd Qəşəmoğlu bu hüznlü gün münasibətilə həyat yoldaşının yoxluğu ilə heç cür barışa bilməyən Rafiq müəllimə xitabən yazdığı "Bu oda yandıqca" adlı şeirini Moderator.az oxucularına təqdim edilməsi üçün göndərib:


Dünya şöhrətli alimimiz, dostum Rafiq Əliyevə
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0

Qeybin bir payıdır əsl məhəbbət
Bütün kainatın nurundan gəlir.
Mələklər də ona eyləyir heyrət,
Ancaq saf qəlblərdə dinir, yüksəlir.

Burda bir hikmət var, sirri bilən yox
Çox vaxt nakam olur, tez gedir biri.
Gözdən yox olsa da, qəlbdə daha çox
Boy verir, nur verir onun yox yeri.

Gedənin yerində nur qalır, kövrək
Qalanı kökləyir müqəddəsliyə.
O nur şölə verir, canlı tək, titrək
Dua tək qarışır bu yerə, göyə.

Əsl məhəbbətin məqamı uca
Insanlıq baş əyir bu ülviyyətə.
Daima bu oda belə yandıqca
Daha da layiqsən sonsuz hörmətə.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin