Əkrəm Əylislinin baş rejisssoru olduğu tamaşa

Hazırda oxunan: Əkrəm Əylislinin baş rejisssoru olduğu tamaşa

116600
Moderator.az Azad Qaradərəlinin xa0"Allahın lütfü və lətifəsi" yazısını təqdim edir.xa0

Bir ucqar dağ kəndində doğulmuşam. Atam bu kəndin ilk ali təhsillisi, mən də ilk yazıçısıyam. Əslində, bu xaraba şəhərə gəlməyi ağlımın ucundan da keçirmirdim, işğal olmasaydı. (Yəni, bura gəlib də, buranın eybəcərliklərini mənimsəyə bilmək kimi mərəzə mübtəla olmaq istəmirdim, yoxsa ayrı amacım yox.)
Xaraba şəhər deyəndə, qoy “korennoy bakılılar”x9d məndən inciməsinlər. Bura hamımızın şəhəridir, zatən siz alayı cür düşünsəniz də - bura başkənddir. Yəni, burda sənin, mənim yoxdur. Bostan da ümumidir, daş da... Təki qolunu qolaylayıb, daşını at, kimin bostanına düşə, düşə...

Demək, Xan nəşriyyatının rəhbəri, gənc yazıçı Müşfiq Xanla bəzi öhdəliklərimiz var ki, bunları burda xırdalamayacağam. Sadəcə, o bir detektiv yazardır həm də. Lakin təsisçisi və baş redaktoru olduğum “Yazı”x9d xa0ədəbiyyat dərgisinə hərdən hekayələrini verir və insafən bu mətnlər pis alınmır, yəni çap olunur. (Hə, onu burda xırdalamaq gərək: Müşfiq bəy bilir ki, mənim ayrıca götürülmüş “detektiv ədəbiyyat”x9d, “detektiv roman”x9d kimi istilahlara münasibətim mənfidir və belə bir ədəbiyyat tanımıram ”“ zira hər-hansı bir romanda, hekayədə detektiv ünsürlərin olmasını isə qəbul edirəm. Yəni, bir vahid ədəbiyyat var və onun içərisində hansısa elementlərin işlədilməsi - - hətta siyasi, xa0iqtisadi təhlillər belə - xa0mümkündür.)

Təəccüblə soruşdum:”x9dƏfəndim siz, bu cür ciddi hekayələr yaza bilirkən, o “detektiv roman”x9dlara nə hacət? Yəni, siz ciddi ədəbiyyatla məşğul ola bilirsiniz axı! Niyə bəs o yüngül mətnlərə - “detektiv roman”x9dlara üstünlük verirsiniz?

Cavab məni yaralayan cavab oldu. Amma səmimiliyinə görə buradan ona təşəkkürümü bildirirəm:”x9dBəy, mən o cür yaza bilirəm və istəsəm, tamam o cür yazaram. Amma bu nəyi dəyişəcək xa0ki? Oxucuya ciddi ədəbiyyat lazım deyil. Ona lazım deyilsə, mənə dünəndən lazım deyil. Mənə tiraj lazımdır...”x9d

Həəəəəəəəəəəəə... Ağır dərddir. Amma həqiqətdir. Və bu həqiqəti hamı dilə gətirməz ki, əfəndim...

Mirmehdi Ağaoğlu adlı gənc bir nasir var. İxtisasca bank işçisidir. Amma nəsrlə məşğuldur. Deyim ki, nəsrin hər yırtıq-deşiyinə bələddir. Yəni, “çoxbilmiş”x9d yazardır.xa0

Hə, Mirmehdinin “Bu gün səbr elə”x9d adlı təzə bir kitabı var və o kitabın Azdramadakı təqdimatına mən də qatılmışdım. Orada bizim çevrədən (ədəbi çevrə) kimə desən rast gələrdin. Hətta manıs tayfası içrə tək oxuyan Faiq Ağayev də oradaydı. Düzü, mən kitaba belə “aqressiv müadxilə”x9ddən bir az sevinən kimi oldum da. Amma kitabı oxuyanacan...

...Kulis.az-da xa0sözügedən kitabın Əkrəm Əylislinin təşəbbüsü ilə müzakirəsi olmuşdu. Bu, müzakirədən çox, bir xa0tamaşa idi sanki. Təəssüf ki, “baş rejissor”x9d da, digər iştirakıçlar da elə tamaşaya kökləmişdilər özlərini. İllah da Əkrəm müəllim...Yəni, mən bu yaşımda belə, kitab oxuyuram, hətta müzakirə də təşkil edirəm. (İfadə kobud alındısa Əkrəm müəllimdən üzr istəyirəm.) Orası düz ki, Ə.Əylisli kitabın çatışmayan cəhətlərini də göstərməyə səy etmişdi. Fəqət, ona elə bir müqavimət göstərmişdilər ki, kişi elədiyinə də öz aləmində peşman olmuşdu. Tək bircə fakt deyəcəm: Ə.Əylisli deyir ki, hər bir əsərin bir “anekdotu”x9d olur, (əslində bu anekdot xa0məsələsi var ədəbi kulisdə, amma xa0anekdot xa0deyil, məncə əsərin qurğusu xa0desək, daha doğru olar) Şərif Ağayar deyir, ciddi əsər hara, “anekdot”x9d hara”x9d? Ə.Əylisli güzəştə gedir: onda lətifəsi deyək? Ş.Ağayar deyir, yox e, olmaz, lətafət desək bəlkə? Və Ə.Əylisli razılaşır.(amma razılaşmasaydı!)

Mən “Bu gün səbr elə”x9dni burada təhlil etməyəcəyəm. Amma tezislər şəklində münasibətimi bildirəcəyəm.
- Bu, roman deyil, zəif xa0qondarılmış bir uzun hekayədir;

- Bu mətndə yazıçı çox ustalıqla işləsə də, səliqəli davransa da, yazı bədii mətndən çox, unikal bir hesabata oxşayır ”“ bir ailənin dramının stenoqramı;

- Mətndə diri adamlar yox dərəcəsindədir, tək ərini satan qadından başqa. O da o qədər abardılıb ki, Ə.Əylislinin söz olmasın anekdot səviyyəsindədir;

- Mətndə fərdiləşdirəmə xa0yox dərəcəsindədir. Hamı M.Ağoğlunun dili ilə danışır;

- Yazıçı mətndə hər sətirdə görünür, hər səhifədə oxucunun qabağına çıxır. Özünü unutdura bilmir;

- Və ən əsası! Mətndə böyük bir boşluq var. Nədir o boşluq?

Sonuncu suala cavab vermək üçün mənim yazımın əvvəlinə də baxmaq olardı. Amma gəlin bir az hövsələ edib, M.Ağoğlunun işlədiyi Kulis.az saytında bu yaxınlarda yayımlanan bir yazıdan xa0(Mərhum Aydın Məmmədovla Anarın polemikası) fraqmentlərə baxaq. Bu Aydın Məmmədovun fikridir:

...”x9d xa0mÓ™n sizin «Ağ liman» povestinizin qÓ™hrÓ™manlarının «TÓ™Ò»minÓ™ vÓ™ Zaur» şÓ™klindÓ™ dram teatrının xa0zÓ™if sÓ™Ò»nÓ™sinÓ™ gÓ™lmÓ™sinin qÓ™tiyyÓ™n tÓ™rÓ™fdarı deyilÓ™m. NiyÓ™? Oxucunun, tÓ™nqidçinin Ó™dÓ™bi zövqünü, Ó™dÓ™biyyata baxışını formalaşdıran Ó™sÓ™rlÓ™r olur. Bax «Ağ liman» mÓ™nim Ó™dÓ™biyyata baxışımı formalaşdıran Ó™sÓ™rlÓ™rdÓ™ndir...

Moskvada, tÓ™lÓ™bÓ™lÓ™rlÓ™ görüşdÓ™ siz deyÓ™ndÓ™ ki, «TÓ™Ò»minÓ™ vÓ™ Zaur» tamaşasına anşlaqdır, düzü, bu mÓ™nim ürÓ™yimÓ™ toxundu. Ó˜gÓ™r Anar müÓ™llim dÓ™ öz Ó™sÓ™rinin qüvvÓ™sini anşlaqla ölçürsÓ™, onda ümid yerimizi itirmiş oluruq...”x9d

Təbii ki, Anarın cavabı var; o cavab çox uzundur və özünümüdafiə xarakteri daşıyır. Amma o da var ki, Anar da dolayısıyla etiraf edir ki, indi oxucuya “Ağ liman”x9d deyil, “Təhminə və Zaur”x9d daha maraqlıdır. Görünən bu ki, bu gün oxucuya hesablanmış, ciddi ədəbiyyatdan imtina Anarla və onun “Beşmərtəbəli evin altıncı mərtəbəsi”x9d ilə başlayır. Nə yazıqlar ki, “Ağ liman”x9ddan başlanan yol orda bitdi... Və bu gün o epidemiya davam etməkdədir. Oxucuya hesablanmış ədəbiyyat... Müstəqillik dövründə o ədəbiyyatın ilk pionerlərindən olan Qaraqan Milli Kitab Mükafatını aldı və oxucuya mesaj ötürüldü: sənin istədiyin bu ədəbiyyatdır və onu sənə veririk!

Nə yazıqlar ki, “Bu gün səbr elə”x9d də o qəbildən olan bir mətndir.

...Kitabın xa0(“Bu gün səbr elə”x9d) lap təzə çıxan vaxtlarıydı. Elmlər Akademiyası metrosunda Şərif Ağayarla görüşdük ”“ Rafiq Tağının məzarını ziyarət etməyə gedəcəkdik. Atüstü “Bu gün səbr elə”x9ddən də söz düşdü. Mənim iradıma qarşı bunları dedi: “Neynəsin e. Bu gün o cür yazılar oxunur...”x9d

Həəəə... Müzakirədə o səmimi etirafı görmədim, qardaşlar! Nə Ə.Əylisli bunu deməyə cəsarət etdi, nə Ş.Ağayar mənimlə söhbətdə (Nərmin Kamal da orda idi) dediyini dedi, nə də müəllif etiraf etdi ki, əzizlərim, nə düşmüsünüz üstümə, mən istəsəm, ciddi ədəbiyyat yazaram. Amma onu kim alacaq və kim oxuyacaq

Hə, bir şey qaldı: lətifə və lətafət xa0məsələsi. Mən o xa0müzakirəni qırağa qoyub ayrı bir lütfdən danışacam. Yəni bir lətifəylə (anektodla) bitirəcəm yazımı. Deyirlər ki, kommunizmə gedən qatar dayanır. Leninə xəbər verirlər. Deyir, bir iməcilik çağırın, qatarı yola salın getsin.

Uzun illər sonra qatar yenə dayanır. İndi Stalinin zamanıymış. Deyir, müqəssirlər güllələnsin. Qatar yola salınsın.xa0

İllər ötür. Bu şoqərib qatar yenə dayanır. Brejnyevin zamanıymış. Ona xəbər verirlər. Deyir, beş-on adam qabaqdan, büş-on adam da arxadan itələsin. Qatar yerində irəli-geri hərəkət eləsin.(“Manevr eləsin”x9d) Qıraqdan elə biləcəklər ki, qatar gedir... kommunizmə...

Həəə... xa0“manevr”x9d... xa0Nə yazıq ki, indi bizdə həm cəmiyyətdə, həm də onun xa0əksi olan ədəbiyyatda bu lətifənin zamanıdır... Allahın lütfü və lətifəsi... Yaxud “anekdotu”x9d...

Əziz oxucular! Siz çörək əndişəsində ikən heç bilmirəm bu yazını oxumağa halınız olacaqmı? Amma unutmayın, əslində sizi ona görə bu imtahana çəkiblər ki, səmimiyyətdən və onun doğurduğu ədəbiyyatdan gen düşəsiniz. Sizi bu dar macalda kitaba səsləyirəm, hətta elə davasını döydüyüm “Bu gün səbr eləı”x9dyə də...

S.A. (Söz ardı) Bu yazı bir xeyli vaxtdır yazılıb. Amma neyləyəsən ki, bizim cəmiyyətdə düz sözü demək üçün növbəyə durmalısan. Göndərdiyim məşhur elektron səhifədə bu yazı növbəsini hələ də gözləyir... Amma daha ora ehtiyac qalmadı... İndi də mən orada getməsini istəmirəm.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin