Sənin etibarın bumuydu,dəniz?!

Hazırda oxunan: Sənin etibarın bumuydu,dəniz?!

110838
" Günəşli " yatağında baş vermiş faciə qurbanlarının xatirəsinə...

Sən idin çoxunun eşqi,həvəsi,
Çılğın ürəklərin sözü,nəğməsi.
Fəqət,yasa boğdun,üzdün hər kəsi,
Sənin etibarın bumuydu,dəniz?!

Qəzəbləndin niyə,kükrədin niyə?
Yerə üsyan etdin,yoxsa ki göyə?
Məzar oldun neçə məsum bəndəyə,
Sənin etibarın bumuydu,dəniz?!

Balan tək sığındı sənə neçə can,
Ruzinlə bəsləndi yüzlərlə insan.
Azğın dalğaların vermədi aman,
Sənin etibarın bumuydu,dəniz?!

Orda söndü neçə evin çırağı,
Çəkdin anaların köksünə dağı,
Ağlar qoydun neçə oğul-uşağı,
Sənin etibarın bumuydu,dəniz?!

Ölümlə yanaşı itkinlik dərdi,
Yanan ürəkləri külə döndərdi.
Təsəlli etməyin boşdu,hədərdi,
Sənin etibarın bumuydu dəniz?!

Nuranə Nihan 2015.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin