Saday Budaqlının “Yolüstü söhbət”x9di

Hazırda oxunan: Saday Budaqlının “Yolüstü söhbət”x9di

105374
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tanınmış yazıçı, tərcüməçi Saday Budaqlının 60 yaşının tamamı münasibəti ilə nasirin “Yolüstü söhbət”x9d kitabını nəşr edib.

Kitaba yazıçının “Zədə”x9d romanı, povestləri, doxsanıncı, ikimininci illərdə yazdığı hekayələri toplanıb.


Saday Budaqlı 1955-ci ildə anadan olub. 1984-cü ildə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirib. Povest və hekayələrdən ibarət kitabları Azərbaycan və rus dillərində 90-cı illərdə Moskvada və Bakıda çapdan çıxıb. Moskvada nəşr olunan “Uduş”x9d kitabına görə Maksim Qorki adına Ümumittifaq Mükafatına layiq görülüb.
Moskvanın “Nedelya”x9d həftəlik məcmuəsinin laureatıdır.  1982-ci ildə “Drujba Narodov”x9d jurnalının “İlin ən yaxşı hekayəsi”x9d mukafatını qazanıb.  2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə”x9d mükafatına layiq görülüb.  Hekayələri ingilis, yapon, litva, türk və başqa dillərə tərcümə olunub.
M.Bulqakov, E.Kabavata, Q.Markes, M.Lyosa, X.Onetti, Kamilo Xose Sela, Migel Delibes və digər yazıçıların əsərlərini dilimizə tərcümə edib.
 
“Yolüstü söhbət”x9d ”“ Saday Budaqlının latın qrafikasında nəşr olunan ilk kitabıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin