Səudiyyə Ərəbistanı bu il Həcc əməllərində iştirak edəcək zəvvarların qəbulunu başa çatdırıb. Məkkəyə gələn müsəlmanların sayı 1,3 milyon nəfəri ötüb.
“Report”x9d xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Pasport Nəzarət Xidmətinin baş direktoru Əbdül Əziz əl-Yəhyaya istinadən RİA “Novosti”x9d məlumat yayıb.
O qeyd edib ki, Məkkəyə toplaşan zəvvarların ümumi sayından 49 min nəfəri yerüstü və su nəqliyyatından istifadə edib, digərləri müqəddəs şəhərə müntəzəm aviareyslərlə gəliblər.





































































































