Dərnək binasının şüşələrini daşla qıran təcavüzkar və ya təcavüzkarlar tərəfindən divarlara "Serok Apo" "PKK" yazılıb.
Almaniyanın Bonn şəhərindəki, Bonn Ülkü Ocağı hücuma məruz qalıb. Dərnək binasının şüşələrini daşla qıran təcavüzkar və ya təcavüzkarlar tərəfindən divarlara "Serok Apo" "PKK" yazılıb.
Region sədr müavini Reşit Kahveci, dərnəklərinə bir il əvvəl də Molotof kokteyli atıldığını söyləyib.
Almanyada bu cür hücumlara məruz qalmalarına məna verə bilmədiklərini ifadə edən Reşit Kahveci, "Hücum vaxtı dərnəyimiz bağlı idi. Hadisənin saat 09:00 ilə 10:00 arasında olduğunu təxmin edirik. Bir yoldaşımız uşağını məktəbə apararkən şüşələrin qırıldığını görüb və bizə zəng edib. Tez şüşələri dəyişdirərək, yazıları sildik. Belə bir şey gözləmirdik. Bu və ya bu etdi deyə bilmərik. Bundan sonrası polisin işidir. Kimsəni günahlandırmaq istəmirik amma yazılar məlumdur" deyə danışıb.
Digər tərəfdən Bielefeld şəhərində də Ülkü Ocağı 15 nəfərlik üzləri maskalı bir qrupun hücumuna məruz qalıb. Bielefeld Ülkü Ocağını və ətrafdakı avtomobilləri məhv edən təcavüzkarlar divarlara, "APO", "PKK" şəklində yazılar yazıblar.

































































































