Vahid Ələkbərov prezidentlə baş nazirin davasının güdazına gedir

Hazırda oxunan: Vahid Ələkbərov prezidentlə baş nazirin davasının güdazına gedir

89480
Rumıniya məhkəməsi Rusiyanın “LUKoil”x9d şirkətinin törəmə strukturu, bu ölkənin Ploeşti şəhərindəki neftayırma zavodunu idarə edən “Petrotel”x9d şirkətinin top-menecerlərinin barəsində yaşayış yerini dəyişməmək barədə qətimkan tədbirini dəyişdirməkdən imtina edib.

Moderator.az virtualaz.org-a istinadən xəbər verir ki, məhkəmə həmçinin “Petrotel”x9din 2 milyard avroluq bank hesabına qoyulmuş həbs qərarını da dəyişdirməyib, məsələyə baxılmasını iki həftə sonraya təxirə salıb.

Azərbaycanlı neft maqnatı Vahid Ələkbərovun Rumıniyadakı aktivlərinə həbs qoyulması vergidən yayınma ittihamları ilə əlaqəlidir. Rumıniya prokurorluğu “Petrotel”x9di və onun menecerlərini iri məbləğdə vergidən yayınmaqda, ölkə büdcəsinə 1,2 milyard avroya yaxın ziyan vurmaqda ittiham edir.

İş üzrə istintaq ötən ildən aparılsa da son vaxtlar “LUKoil”x9da qarşı təzyiqlər daha kəskin xarakter alıb. Vahid Ələkbərov bu günlərdə Rumıniya prezidenti Klaus Yohannisə məktub yazaraq “LUKoil”x9dun işi üzrə şəxsi görüş xahiş etmişdi. Lakin Rumıniya tərəfi bu məktubu mətbuata sızdırıb, görüş xahişinə cavab verilməyib və Ələkbərovun şirkətinə qarşı təzyiqlər daha da artıb.


“LUKoil”x9dun Rumıniyada indiki vəziyyətlə üzləşməsinin arxasında şirkətin “krişnası”x9d hesab edilən baş nazir Viktor Pontanın mövqelərinin zəifləməsi dayanır. Viktor Ponta özü də hazırda korrupsiya ittihamları qarşısındadır.

Baş nazir “LUKoil”x9d şirkəti və digər energetika şirkətləri ilə korrupsiya əlaqəsində şübhəli sayılır. Prezident Yohannis onu könüllü istefaya çağırıb.

“LUKoil”x9dun nümayəndəsi Tomas Müller deyib ki, Rumıniya hüquq-mühafizə orqanlarıın təzyiqləri onları Ploeştedəki zavodu bağlamağa məcbur edə bilər.

T.Müllerin bildirdiyinə görə, olduqca qəribədir ki, bu təzyiqlərin başlamasından sonra zavodu almaq üçün onlara üç təklif daxil olub. Hansı ki, Avropada neftayırma biznesi hazırda çətin günlərini yaşayır və “LUKoil”x9dun zavodunu almağa bu cür marağın olması qəribədir.

Şirkət isə zavodu satmaq istəmir, çünki bank hesablarının bağlanmasına və vergidən yayınma istintaqına görə zavodu ucuz qiymətə almaq istəyirlər.

Vəziyyətlə yaxından tanış olan mənbə isə deyib ki, “LUKoil”x9dun neftayırma zavodu ətrafındakı situasiya prezident Yohannislə baş nazir Ponta arasında siyasi mübarizənin birbaşa nəticəsidir. Yohannis qərbmeylli hesab edilir, Ponta isə daha çox rusmeyllidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin