Tramp Ağ Evdə kadr dəyişikliyi elan etdi: Yeni aparat rəhbəri bəlli oldu

Hazırda oxunan: Tramp Ağ Evdə kadr dəyişikliyi elan etdi: Yeni aparat rəhbəri bəlli oldu

646432

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə kadr dəyişiklikləri həyata keçirəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə sosial şəbəkədə məlumat yayıb.

ABŞ liderinin qərarına əsasən, noyabrın 9-dan etibarən Stiven Miller Ağ Evin aparat rəhbəri vəzifəsini icra edəcək.

Hazırda prezident administrasiyası rəhbərinin müavini vəzifəsində çalışan Miller Trampın ən etibarlı müşavirlərindən biri hesab olunur.

İndiyədək Ağ Evin aparat rəhbəri vəzifəsini tutan Syuzan Uayls isə Trampın siyasi komandasına keçəcək. ABŞ Prezidenti Uaylsa xidmətinə görə təşəkkür edib və onun bu vəzifədə uğurlu fəaliyyət göstərdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin