Ukrayna Əbu-Dabidə keçiriləcək üçtərəfli görüşün mümkün nəticələri ilə bağlı təkliflərini ABŞ tərəfinə təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O qeyd edib ki, son günlər görüşə hazırlıq istiqamətində mühüm işlər görülüb. Brüsseldə NATO və Avropa tərəfdaşlarının iştirakı ilə görüş keçirilib, həmçinin Zelenskinin ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə təmasları olub.
Ukrayna liderinin sözlərinə görə, Ukrayna Əbu-Dabidəki görüşün konkret nəticələr verməsini gözləyir.
O, Avropanın təhlükəsizliyi ilə bağlı məsələlərin Avropa ölkələrinin iştirakı ilə müzakirə edilməsinin vacibliyini vurğulayıb:
“Bu ölkələr də etibarlı təhlükəsizlik təminatlarına layiqdirlər”.
Zelenski, həmçinin tərəfdaşlarını qış mövsümü ərəfəsində Ukraynanın ehtiyacları, xüsusilə enerji infrastrukturu və hava hücumundan müdafiə sistemləri ilə bağlı məlumatlandırdığını bildirib.
O, Rusiyanın Ukraynaya qarşı müharibəsinin mümkün qədər tez başa çatdırılmasına yönəlmiş diplomatik səylərə verdikləri dəstəyə görə tərəfdaşlarına təşəkkür edib.
Bizim.Media

































































































