Hindistanda sərnişin qatarında yanğın baş verib. Hadisə zamanı sərnişinlər hərəkətdə olan qatardan tullanaraq canlarını qurtarmağa çalışıblar.
Bizim.Media xəbər verir ki, “bu barədə Times Now” telekanalı məlumat yayıb.
Məlumata görə, “Karmabhoomi Ekspress” qatarı Amritsar–Yeni Celpayquri marşrutu üzrə hərəkət edirmiş.
Qatarın dörd vaqonunda yanğın başlayıb. Təhlükəsizlik sisteminin işə düşməsindən sonra qatar dayandırılıb və sərnişinlər təxliyə ediliblər.
Qatarda təxminən 1500 sərnişinin olduğu bildirilir. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:14 / 06.11.2026
Sərnişin qatarı alışdı: İnsanlar canlarını tullanaraq qurtardılar - Video
Hazırda oxunan: Sərnişin qatarı alışdı: İnsanlar canlarını tullanaraq qurtardılar - Video
Hazırda oxunan: Sərnişin qatarı alışdı: İnsanlar canlarını tullanaraq qurtardılar - Video
646400
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































