“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video

Hazırda oxunan: “Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video

646409

Misli Premyer Liqasının 11-ci turunda keçirilən “Qarabağ” – “Turan Tovuz” matçından (0:1) sonra Ağdam klubunun azarkeşləri futbolçulara etiraz ediblər.

Bizim.Media xəbər verir ki, qarşılaşma başa çatdıqdan sonra “Qarabağ”ın “İmarət” fan-klubunun üzvləri futbolçuları tribuna önünə, öz yanlarına çağırıblar.

Komandalarının məğlubiyyətindən narazı qalan azarkeşlər “Bu azarkeşin haqqını verin!” şüarını səsləndirərək futbolçulardan daha yaxşı nəticələr tələb ediblər.

Qeyd edək ki, “Qarabağ” Premyer Liqada ardıcıl 4-cü oyundur qələbə qazana bilmir.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin