Bu gün Zəngilan şəhərində 160 yerlik körpələr evi-uşaq bağçasının da açılışı olub.
Bizim.Media xəbər verir ki, körpələr evi-uşaq bağçası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı inşa olunub.
Burada uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların asudə vaxtlarının səmərəli təşkili, həmçinin balacaların ilkin bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli şərait yaradılıb.
Körpələr evi-uşaq bağçasında oyun, yataq, kompüter, tibb otaqları və idman zalı da var.
Musiqi, rəqs və akt zalları da balacaların ixtiyarına veriləcək. Körpələr evi-uşaq bağçasının həyətində abadlıq işləri həyata keçirilib, balacaların açıq havada istirahəti üçün zəruri şərait yaradılıb.
Bizim.Media






































































































