Dini ibadət yerlərində iməcilik aksiyası keçirilib

Hazırda oxunan: Dini ibadət yerlərində iməcilik aksiyası keçirilib

646376

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ölkə ərazisində fəaliyyət göstərən dini ibadət yerlərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş iməcilik, abadlıq, yaşıllaşdırma və ağacəkmə aksiyası keçirilib.

Bizim.Media xəbər verir ki, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin rəmzi məna və əhəmiyyətinin təbliği, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi məqsədilə keçirilən aksiya 12 regionu əhatə etməklə 647 məscid, 9 kilsə və 1 sinaqoqda təşkil olunub.

İməclikdə din xadimləri, müxtəlif dini konfessiyaların nümayəndələri, gənclər və könüllülər  iştirak edib.

Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli birliyinin, həmrəyliyinin, iradəsinin və qəhrəmanlığının təcəssümüdür. Bu əlamətdar gün münasibətilə keçirilən aksiya tarixi Zəfərin mənəvi dəyərlərinin yaşadılması, eləcə də dini və ictimai həmrəyliyin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin