İnternetlə qoxu ötürmək mümkün olacaq – Unikal ixtira

Hazırda oxunan: İnternetlə qoxu ötürmək mümkün olacaq – Unikal ixtira

646444

Amerikalı alimlər süni intellekt vasitəsilə qoxuları tanıyan və internet üzərindən uzaq məsafəyə ötürən “Scentronic” adlı sistem hazırlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə “Science Advances” nəşri məlumat yayıb.

Bildirilib ki, yeni texnologiya elektron burun və xüsusi daşınan qoxu yayıcılarını birləşdirir. Qurğu havanın kimyəvi tərkibini xüsusi sensorlar vasitəsilə təhlil edir, qoxunu müəyyənləşdirir və məlumatları bulud serveri vasitəsilə ötürür.

Qəbul edən tərəfdəki cihaz isə uyğun ətirli mayeni püskürtməklə həmin qoxunu təkrar yaradır.

Hazırda sistem qəhvə, pivə, qırmızı şərab, portağal və tort olmaqla beş fərqli qoxunu tanıya bilir. Tədqiqatçılar texnologiyanın bir neçə versiyasını, o cümlədən portativ qəbuledicilər, bilərziklər və kulonlar hazırlayıblar.

Layihə müəllifləri gələcəkdə bu texnologiyadan tibb və virtual reallıq sahələrində istifadə etməyi planlaşdırırlar.

Qeyd edək ki, “Scentronic” hələ tədqiqat prototipi mərhələsindədir. Onun gündəlik istifadə olunan cihazlara inteqrasiyası üçün əlavə vaxt tələb olunur.

İnternetlə qoxu ötürmək mümkün olacaq – Unikal ixtira - foto 1

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin