Yağıntılı hava nə vaxtadək davam edəcək?

Hazırda oxunan: Yağıntılı hava nə vaxtadək davam edəcək?

646358

Azərbaycanda qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
 

Azərbaycanın rayonlarında da müşahidə olunan qeyri-sabit hava şəraitinin noyabrın 10-dək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.


Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin