Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - Video

Hazırda oxunan: Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - Video

646433

Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin mühafizə zonasına yaxın tikililər sökülür. Ərazidə bəzi obyektlər sökülüb, digərləri də sökülmək üzrədir.

Bizim.Media xəbər verir ki, obyektləri sökülən sahibkarlar iddia edirlər ki, onlara kompensasiya ödənilmir.

Sahibkarların sözlərinə görə, onlar vergiləri, rüsumları vaxtlı-vaxtında ödəyiblər, amma obyektləri üçün kompensasiya verilmir.

Onlar həmin ərazidəki sənədsiz evlərə görə kompensasiya ödənildiyini, lakin obyektlərin sahiblərinə pul verilmədiyini söyləyirlər.

Məsələ ilə bağlı əvvəlcə Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Lakin qurumdan məsələnin onların səlahiyyətində olmadığı bildirildi.

"Azərbaycan Dəmir Yolları" QSC-dən isə qeyd olundu ki, işlər "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Nazirlər Kabinetinin qərarına əsasən aparılır.

Nazirlər Kabinetindən isə məsələnin müzakirə mərhələsində olduğu, əlavə məlumatın veriləcəyi bildirildi.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin