Türkiyə Rusiyadan qaz alışını azaltmaqla hədələdi

Hazırda oxunan: Türkiyə Rusiyadan qaz alışını azaltmaqla hədələdi

646395

Türkiyə qiymət siyasətinə yenidən baxılmayacağı təqdirdə Rusiyadan qaz idxalının həcmini azaltmağı və digər ölkələrdən tədarükü artırmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.

“Burada söhbət siyasətdən deyil, qiymətdən gedir. Rusiya qazı həddindən artıq bahadır”, – deyə nazir vurğulayıb.


Bayraktar qeyd edib ki, Türkiyə Rusiya qazından tamamilə imtina etmək niyyətində deyil.

Bununla belə, Ankara daha sərfəli alternativlər axtarmağı planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin