Apple iPhone-da təxminən 100 min sözün avtomatik tamamlanmasını məhdudlaşdırıb
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, məhdudlaşdırılan ifadələr arasında siyasi məzmunlu söz birləşmələri də var. Bunlara “Diktator Tramp”, “Yuxulu Co”, “sağçı sui-qəsd” və “Birləşmiş İrlandiya” kimi ifadələr daxildir.
Qeyd olunur ki, istifadəçilər bu söz və ifadələri klaviaturada əl ilə yaza bilərlər. Məhdudiyyət yalnız avtomatik tamamlama funksiyasına aiddir.
Bizim.Media
































































































